Son sutka ərzində Pakistanda koronavirusdan 148 xəstə ölüb
İslamabad, 26 iyun, АZƏRTAC Son sutka ərzində Pakistanda yeni növ koronavirusdan (COVID-19) 148 xəstə dünyasını dəyişib və ölənlərin ümumu sayı 3903 nəfər olub. AZƏRTAC Pakistan mətbuatına istinadla xəbər verir ki, bu müddətdə ölkədə koronavirusa yoluxanların sayı 4044 xəstə artıb və 192 min 970 nəfərə çatıb.