Hadisə

Kambocada 17 min insanın qətlində ittiham olunan şəxs öldü

Kambocanın qırmızı kxmerlərinin liderlərindən biri olan Kainq Kek İev 77 yaşında ölüb.“Report” TASS-a istinadən xəbər verir ki, o, bir zamanlar “S-21” hərbsxanasının rəisi olub. Kainq Kek İev 17 minə yaxın məhbusun işgəncə ilə öldürülməsində ittiham edilib. Beynəlxalq tribunalın yaydığı açıqlamda bildirilib: “Sentyabrın 2-də yoldaş Duç (partiyadakı ləqəbidir-red.) Kambocanın paytaxtı Pnompendə kxmer-sovet xəstəxanasında ölüb”.

Ermənistanda konyak zavodunda partlayış nəticəsində ölənlər var

Ermənistanın Armavir şəhərindəki konyak zavodunda partlayış baş verib. AZƏRTAC xəbər verir ki, bu barədə Ermənistan Səhiyyə Nazirliyinin mətbuat katibi Alina Nikoqosyan məlumat verib.

Almaniyada qaçqın düşərgəsindən qaçan azərbaycanlılar saxlanılıblar

Almaniyada sığınacaq axtaranların yaşadığı düşərgədən qaçan Azərbaycan vətəndaşları saxlanılıblar. Almaniyada sığınacaq müraciətləri rədd edilən və barələrində məhkəmələrin qərarı ilə deportasiya qərarı çıxarılan 33 nəfər Pakistan vətəndaşı Münhen hava limanından xüsusi təyyarə ilə ölkələrinə deportasiya ediliblər.

Salyanda çaqqal kənd sakinlərinə hücum etdi - VİDEO

BAKU.TV xəbər verir ki, kənd sakini 85 yaşlı Xanım Kazımova evdən həyətə düşərkən qəfil çaqqal hücumuna məruz qalıb. Daha sonra çaqqal onun qonşusu - 57 yaşlı Eyvaz Tağıyevə və 54 yaşlı Xatirə Tağıyevaya hücum edib.

Baş prokuror sosial şəbəkədəki müraciət əsasında polisin qərarı ləğv edilib, cinayət işi başlanılıb

Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müraciət nəzarətə götürülməklə araşdırma aparılması barədə verilmiş göstəriş əsasında paytaxtın Xətai rayonu ərazisində yaşayan Türkiyə vətəndaşı Turan Fatih Hüseyn oğlu Abşeron rayon prokurorluğuna dəvət edilərək dinlənilib, F.Turan Vüsal və Sürxan adlı şəxslərin onun 15 min manat pulunu dələduzluq yolu ilə ələ keçirmələri ilə bağlı Abşeron rayon Polis İdarəsinin Mehdiabad Polis Bölməsinə müraciəti əsasında aparılmış araşdırmanın nəticəsindən narazı olduğunu, dələduzluq faktına görə obyektiv araşdırma aparılmaqla ona dəymiş z...

Nənə-nəvəni maşın vurdu, qadın öldü

Bakı şəhər sakini C.Allahverdiyev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən paytaxt sakini Xuraman Qədiyevanı və onun nəvəsi, 6 yaşlı Ə.Mirzəyevanı vurub. Nəticədə X.Qədiyeva aldığı xəsarətlərdən hadisə yerində ölüb, uşağa xəstəxanada ilkin tibbi yardım göstərilib.

İranlı güləşçiyə ölüm hökmü çıxarıldı

“TMZ Sports” xəbər verir ki, güləşçi hökumət əleyhinə keçirilən etiraz aksiyalarında qruplaşmalar yaratmaqda, polisin ölümündə və həmin tədbirlərdə fəal iştirakda təqsirli bilinir.

Ermənistanda koronavirusa yoluxanların sayı psixoloji həddi keçdi

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib. Sputnik Gürcüstan xəbər verir ki, ümumilikdə bu ölkədə koronavirusa yoluxanların sayı 1548-ə çatıb.

Qayda pozan velosipedçilərə qarşı reyd keçirilib - VİDEO

Bu kimi reydlərin Kürdəmir rayon Polis Şöbəsinin DYPB-nin əməkdaşları tərəfindən rayon ərazisində mütəmadi olaraq davam etdirilməsi nəzərdə tutulub.

Abşeronda avtomobildən oğurluq edən daha bir şəxs tutulub

Abşeronda avtomobildən oğurluq edən daha bir şəxs tutulub.

Rusiyada daha 115 nəfər koronavirusdan ölüb

Trend-in məlumatına görə, ölkədə son sutka ərzində 4 952 nəfər virusa yoluxub, 115 nəfər isə həyatını itirib. Bu günə qədər Rusiyada 1 005 000 nəfər infeksiyaya yoluxub, ölənlərin sayı 17 414 nəfərə çatıb.

Son gündə Özbəkistanda koronavirusdan 5 xəstə ölüb

AZƏRTAC Özbəkistan Səhiyyə Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, son sutkada virusdan 5 xəstə dünyasını dəyişib və ölənlərin sayı 326 nəfərə çatıb.

Bakıda mənzildən 47 min manatlıq oğurluq olub

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 14-də rayon ərazisindəki evlərin birindən 800 manat pul, 10.000 ABŞ dolları və 30.000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Ucar rayon sakini, əvvəllər məhkum olunmuş R. Mikayılov saxlanılıb.

Bakıda fotostudiyadan oğurluq edilib

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumatına görə, Nizami Rayon Polis İdarəsi 25-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 30-da rayon ərazisindəki fotostudiyaların birindən 3550 manat oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini P. Muxtarov saxlanılıb.

Məşhur İran döyüşçüsü edama məhkum edildi

2018-cil ildə hökumətə qarşı çıxışlarda iştirak etməkdə ittiham olunan İranın tanınmış güləşçisi Navid Əfkari haqda edam qərarı verilib. Navid Əfkarinin qardaşları da eyni ittihamla istintaqa cəlb olunub.

Lotu Qulinin qardaşı ilə bağlı qərar–

Türkiyədə qətlə yetirilən “qanuni oğru” Nadir Səlifovun (Lotu Quli) biznes imperiyasına rəhbərlik edən “qanuni oğru” Namiq Bakinski kimi tanınan Namiq Səlifov “oğru” adından məhrum edilməyib. Avqustun 31-də Namiq Səlifovun “oğru” titulundan məhrum edilməsi barədə qərarın Rusiya yeraltı dünyasının lideri, “qanuni oğru” Zaxari Kalaşovun (Şakro Molodoy) rəhbərlik etdiyi 20 tanınmış kriminal avtoritet tərəfindən verildiyi bildirilib.