Hadisə

Dayanacaqdakı maşınlar belə yandı - VİDEO

İranın Kirmanşah şəhərində nəqliyyat vasitələrinin park edildiyi dayanacaqda yanğın baş verib. Unikal.org xəbər verir ki, ərazidə yerləşən yanacaq tankeri anidən alovlanmaya başlayıb.

Rusiyada bank qarət edilib

Rusiyanın Sankt-Peterburq şəhərində banka silahlı basqın edilib.“Report” xəbər verir ki, bu barədə RİA “Novosti”yə hüquq mühafizə orqanlarındakı mənbə bildirib. Qeyd olunub ki, naməlum şəxs silahla Vasilyevski adasının Bolşoy prospektində yerləşən maliyyə və kredit təşkilatının ofisinə daxil olub.

"Fox TV" Azərbaycana qarşı qərəzli süjet hazırladı — VİDEO

Erməni əsilli jurnalistin hazırladığı sujet polis araşdırması yekunlaşmadan birtərəfli şəkildə azərbaycanlılara qarşı qara yaxmadan ibarətdir. Bir neçə gündür ki ,Amerikada yaşayan ermənilər sübut etməyə çalışır ki,San Fransiskoda yerləşən erməni məktəbinin divarlarına həmyerlilərimiz tərəfindən şüarlar yazılıb və vandallıq edilib. Vəzifə səlahiyyətlərindən istifadə edən erməni əsilli jurnalistə ən sərt şəkildə reaksiya verilib.

Dənizkənarı Milli Parkda velosipedçilərə qarşı reyd keçirilib - FOTO

Bakıda Kukla Teatrının yaxınlığında Dənizkənarı Milli Parkın ərazisində velosipedçilər saxlanılıb. Səbail Rayon Polis İdarəsi və Əlahiddə Çevik Polis Alayının əməkdaşları Dənizkənarı bulvar ərazisindən başqa Fəvvarələr Meydanında da reydi davam etdirib.

Hemoqlobini az olanlar ciddi təhlükədədir – Koronavirusa qarşı qanı artırın

Qanda hemoqlobin azlığının əlamətləri: tez yorulma, baş ağrıları, halsızlıq, yuxusuzluq, depressiya, əl-ayağın soyuması, ürək döyüntülərinin artması, bəzinin ağarması Qanda hemoqlobin düşməsinin birinci səbəbi dəmir defisitidir. Dəmir defisiti və hemoqlobin azlığında birinci müalicə uyğun dərmanların seçilməsidir, yalnız bununla yanaşı qanartırıcı qidalanma rejiminə əməl etməkdir.

ABŞ-da COVID-19-dan ölənlərin sayı 150 mini keçdi

ABŞ-ı cənginə alan koronavirus infeksiyası son 24 saatda bu ölkədə 659 nəfərin həyatına son qoyub.

Gəncədə külək ağacları elektrik xətlərinin üzərinə aşırdı — Foto

Qərb bölgəsində əlverişsiz hava şəraiti bir sıra fəsadlar yaradıb. Təbiət hadisəsi zamanı bir neçə küçədə ağaclar tikililərin və elektrik xətlərinin üzərinə aşıb. Analoji təbiət hadisəsi ətraf rayonlarda da müşahidə olunub.

Türkiyədə koronavirusdan bu gün 15 nəfər ölüb

Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyasından daha 15 nəfər ölüb. Nazir bildirib ki, son 24 saatda 47 412 şübhəli koronavirus testindən keçib, onlardan 963-nün cavabı pozitiv çıxıb, bu gün daha 1092 xəstə sağalıb.

Ağdaşda "Azərbaycan Dəmir Yolları"na məxsus teplovoz yanıb

Ağdaş rayonunun Yenicə kəndində "Azərbaycan Dəmir Yolları" QSC-yə məxsus teplovozun mühərrik hissəsi yanıb. Fövqəladə Hallar Nazirliyindən APA-ya verilən məlumata görə, teplovozun qalan hissəsi yanğından mühafizə olunub.

Pandemiya qurbanlarının sayı 660 minə çatır

Azvision.az "Worldometers" saytına istinadən xəbər verir ki, hazırda virusa yoluxma sayı 16 milyon 770 min 141, pandemiya qurbanlarının sayı isə 659 min 887 nəfərə çatıb. Xatırladaq ki, COVID-19 virusu ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb.

Rusiyada 3 qatar toqquşub, stansiyanın dəmir yol xətti sıradan çıxıb, xəsarət alanlar var - FOTO - VİDEO

Rusiyanın Sankt-Peterburq şəhərində Malaya Balkanskaya küçəsində yerləşən “Kupçinskaya” yük stansiyası yaxınlığında dəmiryol qəzası baş verib. Şəhər Təcili Yardım Stansiyasından bildirilib ki, yaralılardan biri xəstəxanaya yerləşdirilsə də, digəri – qapalı kəllə-beyin travması alan Djanelidze soyadlı stansiya işçisi tibbi yardımdan imtina edib.

Goranboyda qəza - Bir nəfər ölüb

BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə rayonun Ağcakənd yolunun Safıkürd kəndi ərazisindən keçən hissəsində baş verib.

Gədəbəyə dolu düşdü - VİDEO

paralel.az xəbər verir ki, bununla bağlı məlumat və görüntülər sosial şəbəkədə yayılıb. Rayon sakinlərinin sözlərinə görə, dolu kənd təsərrüfatına ciddi ziyan vurub.

Qazaxıstanda daha 208 nəfər koronavirusdan öldü

Modern.az “RİA Novosti”yə istinadən bildirir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. Səhiyyə Nazirliyi COVID-19-dan ölüm nəticələrinə dair həftəlik statistika yeniləməsini tətbiq edir.

Şimali Koreya Cənubi Koreya ilə sərhəddəki şəhəri karantinə aldı

Trend: Şimali Koreya Cənubi Koreya ilə sərhəd yaxınlığında yerləşən Keson şəhərində koronavirus infeksiyası ilə əlaqədar karantin rejimi tətbiq edib. Trend-in məlumatına görə, şəhərdə sakinlər testdən keçirilir və fərdi qoruyucu vasitələrlə təmin edilir.

Pandemiya xəstəxanasının həkimindən heyrətamiz açıqlamalar: “Cəmi bir həftəyə saçım ağardı”

Kəmalə Nəbiyeva Sumqayıt pandemiya xəstəxanasında ağlına belə gəlməyən məşəqqətli yolda həyatını təhlükəyə atan həkimlərimizdən biridir.