Hadisə

Abşeronda “ikinci memar Akif Əliyev” peyda olub – Şahlar Həsənov torpaq və ev tikintisi məsələsində əvvəlin… (FOTO)

Masazır ica nümayəndəliyinə tibbi maska ilə də getmək təhlükəsiz deyil Ötən ay Baş Prokurorluq Abşeron rayon İcra Hakimiyyətinin vəzifəli şəxslərinin qanunsuz əməllərini ifşa etdi. Masazırdakını biz təqdim edirik – Siz də tanış olun: Abşeron Rayon İcra Hakimiyyətinin Masazır qəsəbə ərazi inzibati vahidliyi üzrə nümayəndəliyinin sədri cənab Şahlar Həsənov.

ABŞ aviabazasında atışma: ölən və yaralanan var

BiG.AZ Sonxeber.az-a istinadən xəbər verir ki, aviabazada silahlı insident nəticəsində bir nəfərin öldüyü və bir nəfərin isə yaralandığı bildirilib. Yaralanan şəxs xəstəxanaya yerləşdirilib.

Bakıda motosiklet avtomobillə toqquşub

Yüksək sürətlə hərəkətdə olan motosiklet qarşıdan gələn avtomobilə çırpılıb. Qəza nəticəsində motosikletin sürücüsü - 30-35 yaşlı kişi müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya aparılıb.

Səhərlər nə yeməyək? - Dietoloq məsləhəti

“Səhər yeməyi üçün ərzaqları ağılla seçmək lazımdır, əks təqdirdə orqanzim böyük ziyan görə bilər”. Dietoloqlar bildirir ki, acqarına qəhvə içməkdən birmənalı olaraq imtina olunmalıdır: "Bu içki mədə divarlarını aşındırar və xroniki xəstəliklər yarada bilər".

Cənubi Koreyada koronavirusa yoluxanların sayı 3 aylıq maksimuma çatıb

Trend: Cənubi Koreyada sutka ərzində 113 nəfər koronavirusa yoluxub. Trend-in məlumatına görə, həkimlərin sözlərinə görə, bu, aprelin 1-dən sonra sutka ərzində qeydə alınan ən yüksək göstəricidir.

Qadın futbolçumuz vəfat etdi

Qadınlardan ibarət Azərbaycan milli komandasının üzvü olmuş Nino Qurqenidze dünyasını dəyişib. Axar.az xəbər verir ki, 20 yaşlı hücumçu uzun sürən xəstəlikdən sonra vəfat edib.

Cəlilabad rayon sakininin kirayədə yaşadığı mənzildən bir kiloqramdan çox heroin aşkarlanıb

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Cəlilabad rayon sakini X.Həsənovun Binəqədi rayonu ərazisində kirayədə yaşadığı mənzilə baxış zamanı oradan 1 kiloqram 17 qram heroin və 286 qramdan artıq metamfetamin aşkar edilərək götürülüb.

Bakıda qadına bıçaqla xəsarət yetirərək telefonunu əlindən alan şəxs saxlanılıb

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Biləsuvar rayon sakini R. Əsədov müəyyən edilərək saxlanılıb.

Xorvatiyada hava şəraitinin pisləşməsi nəticəsində bir nəfər ölüb

İyulun 24-dən 25-nə keçən gecə Xorvatiyada yağan güclü yağış və külək bir nəfər yanğınsöndürənin ölümü və xeyli maddi ziyanla nəticələnib.

Ağdamda polislərə qarşı zor tətbiq edən şəxslər tutuldu

Bildirilib ki, araşdırmalarla həmin gün saat 20 radələrində rayonun Bənövşələr qəsəbəsi ərazisində döyülmə faktı barədə daxil olan məlumat əsasında hadisə yerinə gedən Ağdam RPŞ-nin istintaq-əməliyyat qrupunun üzvləri Niyazi Əhmədov, Mirhəmid Həşimov, Səyyar Həsənova xidməti vəzifələrini yerinə yetirərkən qəsəbə sakinləri Cavid Quliyev və Razi Naibov tərəfindən zor tətbiq edilməklə müqavimət göstərilməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Ağdam Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə cin...

DİN-dən ögey ananın azyaşlı qızı vəhşicəsinə döyməsi ilə bağlı AÇIQLAMA - VİDEO

Daxili İşlər Nazirliyi Astarada uşaqların döyülməsi məsəsləsinə münasibət bildirib. Müraciətə dərhal reaksiya verilib və Astara Rayon Polis Şöbəsinin əməkdaşları dərhal sözügedən ünvana gediblər.

Dünyada COVİD-19 xəstələrinin sayı 15 milyonu ÖTDÜ

Çinin Hubey əyalətinin Vuhan şəhərində aşkar edilmiş və bütün dünyaya yayılan koronavirusa yoluxan xəstələrin sayı dünyada 15 milyon 947 min 644-ə çatıb. Sonxeber.az xəbər verir ki, yeni növ koronavirus (Kovid-19) haqqında cari məlumatların tərtib edildiyi "Worldometer" saytında dünyada hazırda 642 min 829 nəfərin virusdan öldüyü, 9 milyon 743 min 602 adamın yoluxduğu təsbit edilib.

Polis əməliyyat keçirdi, saxlanılanlar var

DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Cəlilabad rayon sakini X.Həsənovun Binəqədi rayonu ərazisində kirayədə yaşadığı mənzilə baxış zamanı oradan 1 kq 17 qram heroin və 286 qramdan artıq metamfetamin aşkar edilərək götürülüb.

Kiyevdə erməni dörd azərbaycanlı tələbəni güllələdi — VİDEO

PARLA-nın məlumatına görə Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun rəhbəri Hikmət Cavadov bildirib ki, dünən saat 21:30 radələrində Kiyevin mərkəzində dörd azərbaycanlı tələbəyə erməni atəş açıb, onlardan ikisi yaralanıb.“Bu xəbəri eşidən kimi mən və Diasporun idarə heyətinin üzvləri hadisə yerinə gəldik.

Kiyevdə azərbaycanlı tələbələr güllələndilər

BAKU.WS-in Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, həmin avtomobildən açılan atəşlə Konovaltsya 36 B ünvanında, "Montekki və Kapuleti" restoranı yaxınlığında iki azərbaycanlının yaralandığı ehtimal olunur. Yaralanan azərbaycanlılardan birinin adı Nİcat Kərimovdur. O, ayağından güllə yarası alaraq Kiyev şəhər xəstəxanasına çatdırılıb.

Səudiyyə Ərəbistanında yayda leysan - VİDEO

Səudiyyə Ərəbistanının Taif şəhərində leysan yağışları sel fəlakətinə yol açıb. "Qafqazinfo" xəbər verir ki, yağışlardan sonra meydana gələn gölməçələr nəticəsində yüzlərlə nəqliyyat vasitələri su altında qalıb.