Avropada meymunçiçәyi virusuna yoluxanların sayı 17 mini keçib
Avropa ölkələrində meymunçiçәyi virusuna yoluxanların sayı 17 min 509 nәfәrә çatıb. SİA-nın əldə etdiyi məlumata görə, Avropa Xəstəliklərin Qarşısının alınması və Nəzarəti Mərkəzi (ECDC) və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) birgə apardığı araşdırmaya әsasәn, virusa yoluxanların әksәriyyәti kişilәrdir.