İdman

Elnur Əşrəfoğlunun son vəziyyəti açıqlandı

Humay Ağacanova - Trend: Koronavirusa yoluxan Azərbaycan Cüdo Federasiyasının (ACF) baş katibinin müavini, tanınmış idman şərhçisi Elnur Əşrəfoğlunun vəziyyəti kritik olaraq qalmaqdadır. O bildirib ki, jurnalistin vəziyyəti ağır stabildir: “Ağciyər göstəricilərində müsbətə doğru dəyişikliklər olmadığı üçün o, ECMO cihazına qoşulub” Qeyd edək ki, Elnur Əşrəfoğlu sentyabrın əvvəllərində koronavirusa yoluxub.

"Neftçi"nin legioneri: "Azarkeşlərimizə yenə böyük uğur bəxş edəcəyik"

"Report"un məlumatına görə, bu fikirləri "Neftçi"nin futbolçusu Voislav Stankoviç klubun rəsmi saytına müsahibəsində deyib.34 yaşı tamam olan müdafiəçi yaxşı formada olduğunu bildirib: "Yavaş-yavaş qocalıram (gülür). Komandamız yenidir deyə, bir az zamana ehtiyacımız var.

Avropa kuboku yarışı: “Vüqar Həşimov” Fransa komandası ilə qarşılaşacaq

Makedoniyanın Struqa şəhərində kişi şahmatçılar arasında klublararası Avropa kuboku yarışı davam edir. Azərbaycanı təmsil edən “Vüqar Həşimov” klubu Fransanın “Asnıeres Le Grand Echiquier” komandası ilə mübarizə aparacaq. “Alkaloid” Norveçin “Offerspill Chess Club”, “Silla” İsrailin “Beer Shev” komandasına qarşı mübarizə aparacaq.

Voislav Stankoviç: "Övladlarım Azərbaycan himnini televiziya və bağçadan öyrəniblər"

"Onlar himn oxumağı evdə - ötən mövsüm mənim “Neftçi”dəki oyunumu televizordan izləyəndə öyrəniblər. Bu gün 34 yaşı tamamlanan müdafiəçi hər iki oğluna bağçada da himn oxumağın öyrədildiyini söyləyib: "Mən və həyat yoldaşım övladlarımıza deyirdik ki, bu, Azərbaycanın himnidir və Serbiyanın himni kimi bunu da bilmək, bu ölkəyə hörmət etmək lazımdır.

Birimiz hamımız üçün peyvənd olunaq (VİDEO)

Çingiz Səfərli - Trend: Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta və Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi (TƏBİB) koronavirusa qarşı vaksinasiyanın əhəmiyyətindən bəhs edən təbliğat kampaniyası davam etdirilir. Trend-in məlumatına görə, “Birimiz hamımız üçün peyvənd olunaq” şüarı altında həyata keçirilən təbliğat kampaniyası çərçivəsində normal həyata qayıtmağımız üçün vaksinasiyaya çağırış edilib.

AFFA rəsmisi Azərbaycan klubunun avrokubok oyununa təyinat alıb

AFFA-nın Hakimlər Komitəsinin sədri Frits Ştuxlik UEFA-dan növbəti təyinat alıb. "Report" xəbər verir ki, avstriyalı mütəxəssis Gənclər Liqasının I təsnifat mərhələsində “Qəbələ” və Niderlandın AZ komandaları arasında keçiriləcək ilk oyunda hakim-inspektor olacaq.

Ən çox qazanan futbolçuları siyahısı açıqlandı, Ronaldo Messini keçdi

Karyerası ərzində vergilərdən əlavə gəliri milyard dolları keçən ilk futbolçu olan Ronaldonun 2021-2022 mövsümündə əməkhaqqı və digər müqavilələr də daxil 91,5 milyon funt-sterlinq qazanacağı proqnozlaşdırılır.

Surinam vitse-prezidenti futbol matçında 54 dəqiqə oynadı — Video

Surinamının 60 yaşlı vitse-prezidenti Ronni Bryunsviyk CONCACAF Liqasında matça çıxıb. Matça start heyətdə başlayan keçmiş üsyançı lider 54-cü dəqiqədə əvəzlənib.

1500-cü qələbə

“İnter” üçün İtaliya A seriyasının 5-ci turunun “Fiorentina” ilə oyunu (3:1) əlamətdar olub. Sozcu.az “Opta”ya istinadən xəbər verir ki, bu qələbə Milan təmsilçisi üçün yubiley olub. Klub A seriyasında 1500-cü qələsəini qazanıb.

Azərbaycan Taekvondo Federasiyasının ilk prezidenti vəfat edib

Mərhum həmçinin Azərbaycan Hapkido Federasiyasının, Dünya Turan Do, Dünya Universal Döyüş sənətləri, Yaşlıların Dünya Döyüş sənətləri Assosiasiyalarının, həmçinin Dünya Döyüş sənətləri Assosiasiyası Qlobal Konfederasiyasının prezidenti və yaradıcısı olub.

UEFA "Qarabağ"ı səsverməyə çıxardı

UEFA Konfrans Liqasının İnstaqram rəsmi səhifəsiqrup mərhələsində mübarizə aparan "Qarabağ"ın şəklini paylaşaraq sorğu keçirib. Xatırladaq ki, "Qarabağ" qrup mərhələsində ilk oyununu Bakıda "Bazel"ə qarşı keçirib.

Formula 1 Azərbaycan Qran-Prisi iyunun 12-də təşkil olunacaq

Formula 1 üzrə gələn il keçiriləcək dünya çempionatının ilkin təqvimi məlum olub. AZƏRTAC xəbər verir ki, Avropa mətbuatının məlumatına görə, ilk yarış martın 20-də Bəhreyndə keçiriləcək.

Sumqayıtda “Zəfər yolu” devizi ilə təşkil olunan şahmat üzrə şəhər birinciliyinin qalibləri müəyyənləşib

Sumqayıt, 22 sentyabr, Ətrabə Rzayeva, AZƏRTACSumqayıt Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə şahmat üzrə blits birinciliyi keçirilib. Baş İdarədən AZƏRTAC–a bildirilib ki, 44 günlük Vətən müharibəsinə həsr edilmiş və “Zəfər yolu” devizi altında keçirilən yarışa 27 şahmatçı qatılıb.

Futbol hakimi oyun vaxtı huşunu itirib

Qadın futbolçular arasında Avropa çempionatının Almaniya - Serbiya seçmə oyununda insident baş verib. "Report"un məlumatına görə, ingiltərəli yan xətt hakimi Elen Edvards matçın startından yarım saat sonra huşunu itirib. Xəstənaya çatdırılan referinin vəziyyətinin sabit olduğu bildirilib.

UEFA-dan “Qarabağ”la bağlı paylaşım — Foto

UEFA Konfrans Liqasının instaqram rəsmi səhifəsi qrup mərhələsində mübarizə aparan “Qarabağ”ın şəklini paylaşaraq sorğu keçirib. “Qafqazinfo” xəbər verir ki, izləyicilərə “Qarabağ”ın ən istedadlı oyunçusu kimdi? sualı ünvanlanıb.

Ukrayna millisində çıxış edən azərbaycanlı karateçi: “Valideynlərim Ağdama getməyi çox istəyirlər” - MÜSAHİBƏ

2018-ci ildə Serbiyanın Novı Sad şəhərində komanda şəklində Avropa çempionatının bürünc medalını qazandım. Məndən əvvəl 84 kq-da yarışan Valeri Çebotar 2018-ci ildə Madriddə dünya ikincisi olmuşdu, 2019-cu ildə isə Minskdə Avropa Oyunlarının bürünc medalını qazanmışdı.