İKT

Yastığınızı nə qədər tez-tez dəyişdirməlisiniz?

Yastıqların mütəmadi olaraq dəyişdirilməsi nəinki allergenlərin yığılmasının qarşısını alır, həm də yuxunuzun keyfiyyətini yaxşılaşdırır. Yastıqlarınızı mütəmadi olaraq dəyişdirmək allergenlərin yığılmasının qarşısını alacaq.

Ac adam niyə qəzəbli olur? - Psixoloqlar səbəbi tapdı

Psixoloqlar aclıqla qəzəb arasında əlaqə olduğunu təsdiq edib. Belə ki, aqressiya ilə aclıqdan qanda şəkərin düşməsi arasında əlaqənin olması da sübut olunmayıb.

Hansı pis vərdiş gözünüzü kor edə bilər?

Lent.az xarici mediaya istinadla bildirir ki, Lenstore Peşəkar xidmətlər və kontakt linza optik klinikasının rəhbəri Sudjata Polanın sözlərinə görə, müəyyən fəaliyyətlər görmə qabiliyyətiniz üçün ciddi risk yarada bilər və bu xəstəliyin inkişaf riskini artırır. Zamanla elektron siqaret katarakta, makula degenerasiyası (sarı ləkə (makula degenerasiyası) xəstəliyi mərkəzi görmə üçün məsuliyyət daşıyan torlu qişa xəstəliyidir-red.) və hətta qlaukoma inkişaf riskini artırır.

Çinli həkimlər yeni virusla bağlı yeni təfərrüatları açıqladılar

İnstitut hesabat yayaraq, Çində 35 nəfərin sivri quşlardan Lanya virusuna yoluxduğunu və yenixəstəliyin simptomlarını ətraflı şəkildə izah ediblər. İnfeksiyanın simptomlarına qızdırma, yorğunluq, öskürək, ürəkbulanma və baş ağrıları daxildir. Xəstələrin heç birinin digər yoluxmuş şəxslərlə ümumi təması olmayıb və yoluxmuş ailə üzvlərindən heç biri yoluxmayıb.

Pomidor və pomidor şirəsi haqqında bilmədiklərimiz

TİA.AZ bildirir ki, pomidorun tərkibində çoxlu miqdarda likopen maddəsi vardır ki, bu da bir çox xəstəliklərin əmələ gəlməsinin qarşısını alır. * Aparılan araşdırmalar müntəzəm olaraq pomidor şirəsi içən adamlarda laxtalanmanın azaldığı və damar daralmalarının aradan qalxdığını müəyyən etmişdir.

“Sosial mediada informasiya əldən-ələ keçib, şayiəyə çevrilir”

Onun sözlərinə görə, indi yanlış xəbərlərin sosial media platformalarında sürətlə yayılmasının qarşısını qanunvericiliklə də almaq mümkündür: “Bəzi ölkələrdə internet haqqında qanunlar qəbul olunur və bu sənədlərlə sosial media istifadəçilərinin davranışları da tənzimlənir.

Britaniya anormal istilərə görə maksimum yanğın təhlükəsi səviyyəsi elan edib

Böyük Britaniyada qarşıdan gələn həftə sonu üçün krallığın bir sıra bölgələrində yanğın təhlükəsinin ən yüksək səviyyəsi elan edilib. Trend-in TASS-a istinadən verdiyi məlumata görə, Mərkəzi, Cənub və Şərqi İngiltərədə meşə yanğınlarının baş vermə ehtimalı çox yüksəkdir. Bu iyulda qeydə alınan rekord 40,3 dərəcədən aşağı olsa da, istilik dalğası uzana bilər.

Azərbaycan və Türkiyə bulud həlləri üzrə əməkdaşlıq edəcək

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “AzInTelecom” MMC Türkiyənin ən məşhur bulud xidmətlərini təqdim edən “Bulutistan” şirkəti ilə memorandum imzalayıb. İmzalanmadan sonra “Bulutistan” şirkətinin də əməkdaşlıq etdiyi və ən böyük beynəlxalq data mərkəzi operatorlarından biri hesab olunan “Equinix” şirkətinin data mərkəzi ziyarət olunub.

BMT və BDU tərəfindən keçiriləcək beynəlxalq tədbirə qeydiyyat başa çatır 

2022-ci il 31 oktyabr – 4 noyabr tarixlərində BMT-nin Kosmos Məsələləri üzrə Ofisi (UNOOSA) və Bakı Dövlət Universiteti (BDU) tərəfindən keçiriləcək "Beynəlxalq Kosmik Hava Təşəbbüsü: Günəş, Kosmik Hava və Geosfer üzrə BMT/Azərbaycan işçi seminarı" ("United Nations/Azerbaijan Workshop on the International Space Weather Initiative: The Sun, Space Weather and Geosphere") adlı beynəlxalq tədbirə qeydiyyat avqustun 15-də başa çatacaq.

Rusiyada xarici pasport alanların sayı 2 dəfə artıb

2021 və 2020-ci illərdəki saya COVID-19 pandemiyası təsir etdiyindən həmin dövrlərlə müqayisə əhəmiyyətli deyil.2019-cu ilin yanvar-iyun aylarında rusiyalılar 2,3 milyon xarici pasport alıb ki, bu da bu illə müqayisədə təxminən 200 min sənəd azdır. Ümumilikdə, 2022-ci ilin rəqəmləri 2018-ci və 2017-ci illərin statistik göstəriciləri ilə müqayisə olunandır: o zaman Daxili İşlər Nazirliyi müvafiq olaraq 2,6 milyon və 2 milyon xarici pasport verib.

“McDonald’s” Ukraynaya qayıdır

Amerikanın “McDonald’s” şirkəti Ukraynada bəzi restoranlarını açmaq qərarına gəlib. Nazir qeyd edib ki, Amerikanın böyük şirkətinin Ukraynaya qayıtması böyük əhəmiyyət kəsb edir.

İnternet niyə bahalaşdı? - Nazir müşavirindən EKSLÜZİV açıqlama

R. Bayramovun sözlərinə görə, bu dəyişiklik nəticəsində xidmət istifadəçilərinin internet sürəti 3-4 qat artırılır və onlar köhnə tariflərlə müqayisədə hər mbit/s sürət üçün 2 dəfə az ödəniş edirlər: "Qeyd etməliyik ki, əhalinin böyük hissəsinin müasir internet texnologiyalarından istifadə etməsi nəticəsində bu istiqamətdə rəqəmsal bilik, bacarıq və vərdişlərə yiyələnməsi ölkəmizdə həyata keçirilən rəqəmsallaşma, rəqəmsal transformasiya layihələri üçün əsas dəstəkləyici faktorlardan olacaq”.

“Deneyap” texnologiya laboratoriyasına imtahanın ilk mərhələsinin nəticələri açıqlanıb

“ASAN xidmət”in və Türkiyə Texnologiya Komandası Fondunun əməkdaşlığı ilə yaradılan “Bilim Bakı” mərkəzinin “Deneyap” texnologiya laboratoriyasına şagird seçimi imtahanının iyulun 30-da keçirilən ilk mərhələsinin nəticələri açıqlanıb.

“Tribar Manufacturing” şirkəti kimya sənayesi tullantılarını çaya axıdıb

Miçiqan ştatının Ətraf Mühitin Mühafizəsi Departamentinin nümayəndələrinin sözlərinə görə, avtomobil salonları üçün tərtibat ləvazimatları istehsalçısı olan “Tribar Manufacturing” şirkəti qanunu pozaraq kimya sənayesi tullantılarını Detroytdan şimal-qərbdə yerləşən çay sisteminə axıdıb.

Rubrika : Təbii şəfa mənbəyi

Azərbaycan florasına daxil olan bitki və meyvələrin bir çoxunun dərman əhəmiyyətli olmasından hər kəs xəbərdar olsa da, hansının nəyə çarə olduğunu heç də hamı bilmir. Bu təmizləyici vasitəni hazırlamaq üçün 1 ədəd çuğundur, yarım stəkan təzə nanə yarpağı, yarım limonun şirəsi, 1-2 litr təzə içməli su lazımdır.

Xankəndinə çatanda ermənilərin telefonuna gələn SMS – FOTO

Ermənilər bildirir ki, Xankəndinə çatanda Rusiyanın Tele2 mobil operatoru belə bir SMS göndərir. Qazet.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.