İqtisadiyyat

SOCAR-ın Metanol zavodunda audit keçirilib

SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsindən AZƏRTAC-a bildirilib ki, İdarənin mütəxəssislər qrupu tərəfindən keçirilən audit yoxlaması zamanı zavodda ISO 9001:2015, ISO 14001:2015, ISO 45001:2018, ISO 50001:2018 standartlarının tələblərinə uyğun qurulmuş idarəetmə sistemlərinə baxış keçirilib.

Təzyiqlə mübarizə aparan xüsusi pomidor yetişdirilib

Paralel.az xəbər verir ki, bir yapon şirkəti yüksək təzyiqlə mübarizə aparmağa kömək edən, geni dəyişdirilmiş pomidor yetişdirib. Sonra isə təcrübi pomidor yetişdirməyi öhdəsinə götürərək bir sıra təsərrüfatlarla müqavilə imzalayıb.

Təhsil İnstitutunun direktor müavini beynəlxalq vebinarda təqdimatla çıxış edib

Sentyabrın 22-də “Son 20 ildəki beynəlxalq miqyaslı qiymətləndirmələr siyasətə və təcrübəyə necə təsir edə bilər: təhsilin keyfiyyətini artırmaq üçün qlobal dərslər" adlı vebinarda Təhsil İnstitutunun direktor müavini Ülkər Babayeva “Təhsildə beynəlxalq qiymətləndirmələr: Azərbaycan nümunəsi” mövzusunda təqdimatla çıxış edib. İnstitutdan AZƏRTAC-a bildirilib ki, Ülkər Babayeva çıxışında müxtəlif beynəlxalq qiymətləndirmə tədqiqatlarından əldə edilən nəticələrin həm təhsil proqramlarının (kurikulumların), həm də dərsliklərin nəzərdən keçirilməsinin və yenidən işlənilməsinin vacibliyini göstərdi...

Hava dəyişəndə uşaqları necə qoruyaq? – VALİDEYNLƏRİN NƏZƏRİNƏ

Görəsən, övladlarımızı soyuq havanın fəsadlarından necə qoruya bilərik? Lent.az valideynlərə övladlarını belə havada necə qorumağın üsullarını təqdim edir: Əvvəlcə xəstəliyə yoluxan uşaqları məktəbə, yaxud bağçaya göndərmək olmaz.

Azərbaycan vaksinasiyanın səviyyəsinə görə MDB məkanında liderdir

Azərbaycan vaksinasiyanın səviyyəsinə görə MDB məkanında liderdir. Araşdırmaya görə ilk üçlüyə Azərbaycandan sonra Qazaxıstan və Rusiya daxildir. Xatırladaq ki, Azərbaycanda vaksinasiya prosesinə cari ilin yanvarın 18-də start verilib.

“Kənd təsərrüfatının dayanıqlı inkişafında institusional innovasiyaların rolu: Çin nümunəsi” mövzusunda təlim

Təlimçi HTP çərçivəsində Çində kənd təsərrüfatının iqtisadiyyatı ixtisası üzrə magistratura təhsili almış Nadir Nadirlidir. Təlimdə iştirak etmək üçün nazirliyin saytında yerləşdirilmiş link vasitəsilə qeydiyyatdan keçmək lazımdır.

Qaz xəttinə qanunsuz müdaxilələrin qarşısı alınıb

“Azəriqaz” İB-nin əməkdaşları xidməti vəzifələrini yerinə yetirərkən Abşeron rayonunun Masazır qəsəbəsində qaz xəttinə qanunsuz bir neçə müdaxilə faktını aşkar ediblər.

Əbu-Dabi Əmirliyi dərman təchizatını dronlar vasitəsilə həyata keçirəcək

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) qlobal innovasiya habına çevrilməsi proqramı çərçivəsində həyata keçiriləcək bu layihə əmirliyin müxtəlif yerlərinə təcili dərman və tibbi ləvazimat çatdırılmasını təmin edəcək. Əbu-Dabi Əmirliyi Səhiyyə Departamentinin rəhbəri Abdulla Əl-Həmid bildirib ki, dron şəbəkəsi dərman və tibbi ləvazimatların təcili çatdırılması ilə yanaşı, karbon qazının emissiyasının azaldılması, avtomobil yollarında sıxlığın aradan qaldırılması baxımından da əhəmiyyətli olacaq.

“Holcim Azərbaycan”nın qazancı kəskin azalıb - 4 DƏFƏDƏN ÇOX GERİLƏMƏ

Digər gəlirlər daxil ötən il “Holcim Azərbaycan”ın cəmi gəlirləri 101 milyon 499 min manat, cəmi xərcləri isə 99 milyon 349 min manat olub, gəlirlər xərcləri üstələdiyindən 2 milyon 150 min manat xalis qazanc olub.

Təhsildə Keyfiyyət Təminatı Agentliyi elektron ərizə sisteminə yeni funksiya əlavə edib

Təhsildə Keyfiyyət Təminatı Agentliyi xarici diplomların tanınması çərçivəsində vətəndaşlara göstərilən xidmət səviyyəsinin artırılması məqsədilə elektron ərizə sisteminə yeni funksiya əlavə edib.

Miqrantların sənədləşmə prosesi və iş tapması xüsusi mobil tətbiqlə asanlaşacaq

Baş nazirin müavini Aleksey Overçuk deyib ki, əmək miqrantlarının lazımi sənədləri tərtib edəcəyi və Rusiyada iş axtara biləcəyi xüsusi bir mobil tətbiqin 2022-ci ildə istifadəyə verilməsi planlaşdırılır.

"Çıraq" platforması 1 aya yaxın işləməyəcək - Neft hasilatı nə qədər azala bilər?

Yarım ildə AÇG-dən ümumi hasilat – “Çıraq” (30 min), “Mərkəzi Azəri” (111 min), “Qərbi Azəri” (118 min), “Şərqi Azəri” (78 min), “Dərinsulu Günəşli” (88 min) və “Qərbi Çıraq” (43 min) platformalarından birgə gündəlik orta hesabla 468 min barel təşkil edib.

Bakı əhalisinin rəsmi sayı açıqlanıb

Elçin Mehdiyev – Trend: 2021-сi ilin əvvəlinə olan statistikaya görə, Bakıda 2 milyon 300,5 min nəfər əhali rəsmi qaydada yaşayır.

İşə yeni qəbul olunmuş müəllimlərlə adaptasiya proqramı davam edir

Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, adaptasiya proqramının məqsədi işə yeni qəbul olunmuş müəllimlərin iş mühitinə və tədris prosesinə rahat uyğunlaşmasına nail olmaqdan ibarətdir. Adaptasiya proqramı çərçivəsində Quba Rayon Təhsil Şöbəsinin müdiri Rüfət Hacıyev tərəfindən “Yaxşı müəllim necə olmalıdır”, 13 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin rəisi Sənan Mənsimli tərəfindən “Sinif komplektləşdirilməsi, əməkhaqqı və ona əlavələr, əmək məzuniyyəti”, təlimçi Qoşqar Məhərrəmli tərəfindən “İlk dərs gününə hazırlıq”, “Valideynlərlə əməkdaşlıq üsulları” mövzusunda vebinarlar keçirilib...

Bədrəddin Həsrətov: “APİ-DELTA” arıçılıq turizmi sahəsində ilk addımlarını atır

Qax, 22 sentyabr, Mustafa Dadaşov, AZƏRTAC“APİ-DELTA” Arıçılıq Mərkəzi 7 ildir ki, fəaliyyət göstərir. Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Kənd Təsərrüfatı Nazirliyinin “Şəhərdən Kəndə” aqroekoturizm layihəsi çərçivəsində Qaxda arıçılıq təsərrüfatında keçirilən tədbir zamanı “APİ-DELTA” Arıçılıq Mərkəzinin direktoru Bədrəddin Həsrətov deyib.

BDU-nun Seysmologiya və Yer təkinin fizikası kafedrasının filialında yeni tədris ilinə hazırlıq məsələləri müzakirə olunub

BDU-dan AZƏRTAC-a bildiriblər ki, görüşdə universitetin tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru Fərda İmanov, Geologiya və Geofizika İnstitutunun direktoru akademik Akif Əlizadə, institutun Yer fizikası seksiyasının rəhbəri akademik Fəxrəddin Qədirov, BDU-nun Geologiya fakültəsinin dekan müavini Ruslan Şəmiyev və filialın əməkdaşları iştirak ediblər.