İqtisadiyyat

Koronavirusdan sonra ən çox rast gəlinən fəsadlar açıqlandı

COVID-19-dan sağalan insanlarda ən geniş yayılan fəsadlar ağciyərlərin və ürəyin zədələnməsidir. Az oxu.az-a istinadən bildirir ki, bunu Rusiya Federasiyası Səhiyyə Nazirliyinin rəhbəri Mixail Muraşko bildirib. Bundan əvvəl bildirilmişdi ki, o, koronavirus infeksiyası keçirmiş kişilərdə sonsuzluq yarana bilər.

Rusiyada həkim Armen Ohanesyan 10 il müddətinə azadlıqdan məhrum edilib

Rusiyada həddi-buluğa çatmamış pasiyentlərinə qarşı zorakılıq hərəkətləri etmiş həkim Armen Oqanesyan 10 il müddətinə azadlıqdan məhrum olunub. AZƏRTAC xəbər verir ki, Sankt-Peterburqda yeniyetmə qız pasiyentlərinə qarşı zorakılıq hərəkətləri etməkdə təqsirli bilinən 60 yaşlı həkim-anastezioloq Armen Ohanesyana hökm oxunub.

"Bu gün Bakı Nəqliyyat Agentliyi üzərinə düşən vəzifələri yüksək səviyyədə icra etməkdədir" - DEPUTAT

Sürücülərin qoyulan qaydalara əməl etməsi, avtobusların vaxtı-vaxtında dezenfeksiya edilərək qoruyucu təmizlik məhlullarla təmin edilməsi Bakı Nəqliyyat Agentliyinin vətəndaşların sağlamlığını necə önəmsədiyinin göstəricisidir. Mənim fikrimcə Bakı Nəqliyyat Agentliyi onların qarşısına qoyulan vəzifələri layiqincə və yüksək səviyyədə icra edərək insanlarımızın təhlükəsiz şəkildə ünvan başına çatmasına yardımçı olurlar.

Ekspert: Pik saatlarda yalnız avtobuslarla Bakının sərnişindaşıma tələbatını ödəmək çətindir

Bəs bu qərar avtobus sərnişin daşımalarının yekünü nə qədər artırır? Məsələ ilə bağlı Trend-ə açıqlama verən nəqliyyat sahəsi üzrə ekspert Hüseyn Abdullayev bildirdi ki, hazırda Bakı şəhərində ictimai nəqliyyatla bağlı verilən qərarlar Bakı Nəqliyyat Agentliyinin (BNA) qərarları deyil: "Metropolitenin fəaliyyətini dayandırması ilə bağlı qərarın ardından sərnişinlərin rahat və təhlükəsiz hərəkətini təmin etmək üçün BNA əlindən gələni edir. Bütün sərnişinlərin isə avtobuslara yönəlməsi müəyyən sıxlıqlar yaradır ki, bu da risklidir.

Pambıq sovkasının birinci nəslinə qarşı bioloji mübarizə tədbirləri aparılıb

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, nazirlik yanında Aqrar Xidmətlər Agentliyinin Ekspertiza Laboratoriya və Sertifikatlaşdırma Mərkəzinin Bioloji agentlərin istehsalı şöbəsi tərəfindən respublikanın bütün pambıqçılıq rayonlarında pambıq sovkasının təbii düşməni və zərərvericinin yumurtası ilə qidalanan parazit həşərat olan trixoqrammadan istifadə edilməklə pambıq sovkasının birinci nəslinə qarşı mübarizə tədbirləri aparılıb, ikinci nəslinə qarşı bioloji mübarizə tədbirlərinə hazırlıq işlərinə başlanılıb.

İcra Hakimiyyətinin tender oyunu – Bir həftəlik şirkətə bu dəfə 120 min ayrıldı

Şəmkir rayon İcra Hakimiyyəti başçısının Şəmkir şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi "SH Memorial” MMC olub. “SH Memorial” MMC Şəmkir rayonu, Kür qəsəbəsi S.Vurğun 3A və Şəhriyar 1 ünvanlarındakı çoxmənzilli yaşayış binaları üçün 2 (iki) ədəd liftin alınması və quraşdırılması işləri üçün İcra Hakimiyyətindən 104 min 854 manat 80 qəpik alıb.

Ekspert: "Zəruri olmadıqda avtobusa minməyən sərnişinlərə təşəkkür düşür"

Ekspert sərnişin sıxlığının az olmasında daşıyıcı şirkətlərin də əməyini xüsusi vurğulayıb: “Bakı Nəqliyyat Agentliyi (BNA) fəaliyyətini operativ həyata keçirir və daşıyıcıları tam səfərbər edib.

Şəkinin gənc könüllüləri pandemiyaya qarşı mübarizə tədbirlərinə fəal qoşulublar

Şəki, 11 iyul, Mustafa Dadaşov, AZƏRTACSərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunduğu Şəki rayonunun gənc könüllüləri koronavirus infeksiyasının yayılma sürətinin azaldılması və qarşısının alınması məqsədilə sakinlər arasında maarifləndirmə tədbirlərini davam etdirirlər. Şəki Gənclərin İnkişaf və Karyera Mərkəzinin direktoru Sahil Babazadə AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, mərkəzin gənc könüllüləri şəhər icra hakimiyyəti tərəfindən yaradılan mobil qrupların tərkibində şəhərin ayrı-ayrı yaşayış məhəllələrində keçirilən reydlərdə fəal iştirak edir, vətəndaşlara tibbi maskadan is...

"İcazəsiz yola çıxanları müəyyən etmək, nəqliyyatdan istifadə edənlərin sayını azaltmaq lazımdır "- Fazil Mustafa

Eyni zamanda Karantin rejiminin sərtləşdirildiyi şəhər və rayonlarda həftəsonları ictimai nəqliyyatın işi də iyul ayının 20- dək dayandırılıb. Belə ki, koronavirus xəstəliyinin yayılmasının qarşısını almaq üçün metrolar bağlandığı üçün əsas sərnişin yükü avtobusların üzərinə düşür.

İlahiyyat İnstitutunda pandemiya dövründə tədrisin təşkili, yay imtahan sessiyasının nəticələri müzakirə olunub

Aİİ-dən AZƏRTAC-a bildirilib ki, iclasda pandemiya dövründə tədrisin təşkili, keçirilməsi və yay imtahan sessiyasının nəticələri haqqında məlumat verilib. Xatırladaq ki, Azərbaycan İlahiyyat İnstitutunda 2019-2020-ci tədris ilinin bakalavr və magistratura səviyyələri üzrə yaz semestrinin yay imtahan sessiyası sona çatıb.

Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının ümumi yığıncağı keçirilib

Yığıncaqda assosiasiyanın təsisçisi Səkinə Babayeva, Jalə Hacıyeva və Cəmilə Abdullayeva, İqtisadiyyat Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdiri Elçin İbrahimov, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin idarə heyətinin sədri Orxan Məmmədov, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev, eləcə də 90 nəfərə yaxın assosiasiya üzvü iştirak edib.

Sabirabadlı bağbanlar bu günədək 3 min tondan çox meyvə tədarük ediblər

Dövlətin aqrar sektorun inkişafı ilə bağlı məhsul istehsalçılarına göstərdiyi hərtərəfli dəstəkdən yararlanan bağbanlar cari ildə meyvə sahələrindən bol məhsul götürmək üçün ağaclara nümunəvi qulluq göstərmiş, qurumuş, məhsuldarlığı aşağı olan ağaclar yeni tinklərlə əvəz olunmuşdu.

Azərbaycan və Litva Hökumətlərarası Komissiyasının iclası keçirildi - FOTO

Məlumata görə, hər iki tərəfdən müvafiq dövlət qurumlarının nümayəndələrinin iştirak etdiyi iclasda Hökumətlərarası Komissiyanın həmsədri, İqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycanın Litva ilə dostluq və tərəfdaşlıq əlaqələrini yüksək qiymətləndirdiyini qeyd edib, dövlət başçılarının siyasi iradəsinin, ölkələrimizin malik olduğu böyük iqtisadi potensialın əməkdaşlığın uğurlu inkişafı üçün əlverişli şərait yaratdığını vurğulayıb. Hökumətlərarası Komissiyanın həmsədri, Litvanın Xarici İşlər naziri Linas Linkyaviçyus ölkəsinin Azərbaycanla əməkdaşlığa önəm verdiyini, bu ilin noyabrında ölkə...

Azərbaycan qazı “Qazprom”u sıxışdırdı, “Mavi axın” kəməri boş qaldı

Türkiyə ilə Rusiyanı birləşdirən və Qara dənizin dibindən keçən “Mavi axın” qaz kəməri mayın ortalarına həyata keçirilmiş profilaktik tədbirlərdən sonra işini bərpa etməyib.

Virusun əsas yoluxma məkanı... - Avtobuslarda sıxlığı necə azaltmaq olar?

Nazirlər Kabineti yanında Operativ Qərargahın həftəsonu ictimai nəqliyyatın hərəkətinin tam dayandırılmasına dair qərarı özü-özlüyündə hökumətin virusun yayılmasının əsas mənbələrindən biri olaraq məhz ictimai nəqliyyatı gördüyünü təsdiqləyir. Əhalinin nəqliyyatda kütləvi şəkildə hərəkət etməsi, sıxlıq və məsafənin qorunmaması nəqliyyatda yoluxma riskini artırır.

MİDA-nın Yasamalda tikdirdiyi binalardan mənzil alanlar aldadılıb: Fərhad Təhməzovun da vədi yalan çıxıb...

Mənzil İnşaatı Dövlət Agentliyinin ilk layihəsi olan Yasamal Yaşayış Kompleksində bazar qiymətinə yeni mənzil almış bir qrup şəxs ciddi problemlə üzləşib. Bildirilir ki, MİDA Yasamal Yaşayış Kompleksində üç binanın (27,28, 29 nömrəli yaşayış binaları) tikintisi üzrə keçirdiyi investisiya müsabiqəsində “KAT Holding” MMC-ni qalib elan edib.