İqtisadiyyat

"BakuBus" 20 min manatlıq müqavilə bağladı

SİA xəbər verir ki, müqavilədə finqerprin və kart oxucu avadanlıqların quraşdırma xidmətlərin satın alınması nəzərdə tutulur. Bu şirkətin nizamnamə kapitalı 100 manatdır və qanuni təmsilçisi Ruslan Haqverdiyev Rüstəm oğludur.

Bakının bu küçəsində ağacların dibi betonlandı - FOTOLAR

Nəsimi rayonu, Əbdülvahab Salamzadə küçəsi ilə Tbilisi prospektinin kəsişməsində yerləşən ərazidə ağacların dibi betonlanıb. Ərazidə yaşayan sakinlərin verdiyi məlumata görə, bunu etməkdə məqsəd ağacları məhv edərək onların yerində hündürmərtəbəli bina inşa etməkdir.

Azərbaycan neftinin qiyməti cüzi artıb

Dünya bazarında "Azeri Light" (CIF) markalı neftin qiyməti cüzi artıb.

12 bankın əməliyyat mənfəəti azalıb - SİYAHI

1 bankın - "Bank VTB Azərbaycan"ın əməliyyat zərəri 23,5% artıb, 1 bankın - Pakistan Milli Bankının Bakı filialının isə əməliyyat zərəri 2,5% azalıb. Zərərin ən yüksək həddi "Bank VTB Azərbaycan"da (3,449 milyon manat), ən aşağı həddi isə Pakistan bankında (235 min manat) qeydə alınıb.

Avro və funt yenidən bahalaşmağa başlayıblar

Beynəlxalq valyuta birjalarında avronun 1.17, funtun isə 1.30$-da dəstək görərək, yenidən bahalaşmağa başlayıb. Təhlillər EUR/USD məzənnəsinin 1.17$-ın üzərində möhkəmlənməklə, 1.19, GBP/USD məzənnəsi 1.31$-ın üzərində möhkəmlənməklə, 1.32$-a kimi bahalaşa bilər. Dolların ucuzlaşması, əlvan metallar bazarlarında qızılın da bahalaşmasına səbəb ola bilər.

Sosial mənzillərin satışı ilə bağlı VACİB AÇIQLAMA

Qeyd edim ki, həm-müəllifi olduğum "Azərbaycan Respublikasında uyğun qiymətə mənzil təminatının inkişafına” dair Strateji Yol Xəritəsində və eləcə də digər qanunverici aktlarda elektron satış şəffaflığın formalaşması aləti kimi təsbit olunub. Sosial evlər çərçivəsində daha çox mənzilin satışa çıxarılması tələb ilə təklif arasındakı fərqin aradan qaldırılmasına və artıq gələn il müraciət edənlərin xeyli hissəsinin elektron sistem vasitəsi ilə evə sahib olmasına imkan verəcək.

TAP-ın tikintisinin 97 faizi başa çatıb

Ləman Zeynalova - Trend: Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan Trans-Adriatik boru kəməri (TAP) layihəsinin reallaşdırılmasının 97 faizi başa çatıb. Məlumatda qeyd olunur ki, hazırda layihənin reallaşdırılması boru kəmərinin tikinti mərhələsi ilə davam etdirilir: "Hər gün TAP marşrutu boyunca yüzlərlə metr ərazi təmizlənir, borular qaynaq olunaraq yerləşdirilir.

Rusiya Ali İqtisadiyyat Məktəbi UNEC müəllimləri üçün ixtisasartırma təlimləri təşkil edib

Modern.az xəbər verir ki, UNEC ilə Rusiya Ali İqtisadiyyat Məktəbi MTU arasında imzalanan ikili diplom proqramı çərçivəsində təşkil olunan təlimlərdə UNEC-in Rus İqtisad Məktəbinin 20 müəllimi iştirak edib.

Toxuculuq sənayesi məhsuldarlığı geri qaytarmağa çalışır- VİDEO

Baku TV xəbər verir ki, Bakı Toxuculuq Fabrikinin işçiləri karantin müddətində itirilən hər müddətin əvəzini indi maksimum şəkildə çıxmağa çalışırlar. Fabrikin rəhbəri Səkinə Babayeva bildirib ki, bu çətin dövr ərzində işçilərin sayı nəinki azaldılmayıb, hətta maska istehsalı sahəsinin işə düşməsi ilə 52 nəfər artıb.

ADAU-da elmi RƏZALƏT! - Prorektorlara saxta dosentlik necə verilib?

Azərbaycan Dövlət Aqrar Universitetinin prorektorlarının daşıdığı dosent elmi adlarının və fəlsəfə doktoru elmi dərəcələrinin saxta olması iddiası ortaya çıxıb.

Məsuliyyətli kreditləşmə siyasəti nədir? MÜSAHİBƏ

Kredit təşkilatları üzrə bu siyasət, istehlak kreditlərinin rəsmiləşdirilməsi zamanı mövcud imkan və resurslar nəzərə alınmaqla, yəni borcalanların ödəniş qabiliyyəti təhlil etməklə kredit risklərinin mitigasiya edilməsi və sağlam kredit portfelinin formalaşdırılması, vətəndaşlar və ya bank müştəriləri üzrə borcalan və zaminlərə məsuliyyətli borclanma vərdişlərinin aşılanması vasitəsilə həddən artıq (izafi) borclanmanın qarşısının alınması, makroiqtisadi baxımından sistematik risklərin artmasına imkan verməməklə maliyyə sabitliyinin qorunub saxlanması, bank sisteminə olan ictimai etimadın yüks...

Bu yolda xətlənmə işləri aparılacaq

Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 26-76-cı km-lik hissəsində (hər iki istiqamət ) 13-15 avqust tarixlərində üfiqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılacaq.

İnam Kərimov: “Ayrılan vəsait suvarma sistemlərinin subsidiyalaşdırılmasına xərclənəcək”

Kənd Təsərrüfatı naziri İnam Kərimov deyir ki, qarşıda duran əsas vəzifələrdən biri müasir, mütərəqqi suvarma texnologiyalarından istifadə edilməsidir RADİOİnam Kərimov: “Ayrılan vəsait suvarma sistemlərinin subsidiyalaşdırılmasına xərclənəcək” “Bu il hava şəraitinin quraq keçməsi su çatışmazlığı problemini daha da aktuallaşdırıb.

TAP-ın 97%-i yekunlaşıb

İyul ayının sonuna Azərbaycan qazının Avropaya nəqli üçün inşa olunan Trans-Adriatik Təbii Qaz Boru kəmərinin (TAP) 97%-i tamamlanıb.“Report” xəbər verir ki, bu barədə TAP konsorsiumu məlumat yayıb. Qeyd edək ki, Cənub Qaz Dəhlizinin bir hissəsi olan Trans Adriatik Boru Kəməri ilə ilkin mərhələdə hər il "Şahdəniz-2" layihəsi çərçivəsində hasil olunan 10 mlrd kubmetr qazın Avropaya nəql olunacağı nəzərdə tutulur.

Neft cüzi bahalaşdı

Gürcüstanda daha 5 nəfərdə koronavirus aşkarlanıb

Gürcüstanda daha 5 nəfərin koronavirusa yoluxduğu müəyyən olunub, 10 pasiyent sağalıb.“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib. Bununla da qonşu ölkədə COVID-19-a ümumi yoluxma göstəricisi 1 283 nəfərə, xəstəlikdən sağalanların sayı isə 1 068 nəfərə çatıb.