"Mən o vaxt səhv etmişəm, özüm özümü aldatmışam" - Ayaz Salayevlə MÜSAHİBƏ
Mənim fikrimcə, Səməd Mərdanovun çəkdiyi filmlər milli kinomuzun inkişafı üçün çox gözəl bir yol göstərdi, amma heç bir rejissor bu yolla getmədi. - Bu qədər milli kino deyirsiniz, tənqid edirsiniz, bəs bir rejissor olaraq özünüz nə eləmisiniz? - “Torpaq” adlı tam metrajlı, sənədli film çəkmişəm.