"Şuşanın tarixi-mədəni irsinin tədqiqi və təbliği" layihəsinə başlanılıb
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin “Şuşa İli”nə həsr olunmuş xüsusi müsabiqəsinin qalibi olan "Miras" Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi "Şuşanın tarixi-mədəni irsinin tədqiqi və təbliği" layihəsini avqustun 1-dən həyata keçirməyə başlayıb. AZƏRTAC xəbər verir ki, layihənin əsas məqsədi Şuşada aparılmış arxeoloji, etnoqrafik, epiqrafik, numizmatik və paleoqrafik tədqiqatların dağınıq halda olan hesabatlarını bir yerə toplamaq, iki dildə nəşrə hazırlamaq və nəşr etmək, Britaniyada yerləşən “Orta Əsrlər Sonrası Arxeologiya Cəmiyyəti”...