ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri dəyişdi
ABŞ Dövlət Departamentinin Qafqaz Məsələləri və Regional Münaqişələr Bürosunun direktoru Laura Okla ATƏT-in Minsk Qrupunun yeni həmsədri olub. “Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, o, bu postda 2017-ci ilin avqustundan həmsədr vəzifəsini yerinə yetirən Endryu Şoferi əvəz edib.