Regionlararası müsabiqə qalibləri mükafatlandırılıb
Sumqayıt, 28 may, Ətrabə Rzayeva, AZƏRTACSumqayıt Regional Mədəniyyət İdarəsinin tabeliyində olan N.Nərimanov adına Mədəniyyət Mərkəzində 28 May - Müstəqillik Gününə həsr olunan “Müstəqilliyimiz əbədidir!” adlı tədbir keçirilib. Tədbirin aparıcıları dövlətimizin müstəqilliyi haqqında məlumat verdikdən sonra bayramı vəsf edən mahnılar, şeirlər bir-birini əvəz edib.