Pedaqoji Universitetdə "Müstəqillik tarixi” adlı tədbir keçirilib (FOTO)
Trend: Mayın 26-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tələbə Gənclər Təşkilatının (ADPU TGT) təşkilatçılığı ilə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) “ON1000” proqramı çərçivəsində 28 May - Müstəqillik Gününə həsr olunmuş “Müstəqillik tarixi” adlı tədbir keçirilib. Bakı şəhəri Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, Bakı şəhəri Nəsimi Rayon Gənclər və İdman İdarəsinin rəisi Şahmar Tağıyev və Bakı şəhəri Səabil Rayon Gənclər və İdman İdarəsinin əməkdaşı Xasay Vəliyev də öz çıxışlarında tələbələrin vətənpərvərlik ruhunun artırılması istiqamə...