Xəbər lenti

ÜST rəhbəri koronavirusun qalıcı fəsadlarını açıqlayıb

1.178 milyon insan isə bu virusun səbəb olduğu COVID-19 xəstəliyindən dünyasını dəyişib BAKI, 30 oktyabr - Sputnik. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Adhanom Gebreyesus birfinqdə çıxışı zamanı koronavirusdan sağalanları xəstəliyin qalıcı fəsadları barədə xəbərdar edib.

Ronaldo koronavirusdan sağaldı

"Yuventus"un futbolçusu Kriştiano Ronaldo koronavirusdan sağalıb. Open.az klubun saytına istinadən xəbər verir ki, portuqaliyalı hücumçunun son koronavirus testi mənfi çıxıb və oyunçu karantindən azad olunub.

ABŞ ballistik raketin növbəti sınağını keçirdi

ABŞ Müdafiə Nazirliyi “Minuteman III” ballistik raketinin növbəti sınağını keçirib. Axar.az xəbər verir ki, bu barədə ABŞ Hərbi Hava Qüvvələrinin Qlobal Zərbə Komandanlığı məlumat yayıb. Raketin sınağı Kaliforniya ştatındakı “Vandenberq” aviabazasından həyata keçirilib.

"FranckMuller" saatlarının banisi Kəlbəcər rayonunda və Vecnəli kəndində qanunsuz qızıl axtarışı ilə məşğul olub - Himət Hacıyev

H.Hacıyev bildirib: ""FranckMuller" saatlarının banisi Vartan Sermakes Azərbaycanın işğal olnumuş Kəlbəcər rayonunda və Vecnəli kəndində qanunsuz qızıl axtarışı ilə məşğul olub.

Türkiyədə daha 2322 nəfər koronavirusa yoluxdu

Türkiyədə son sutkada 2322 nəfər koronavirusa (COVID-19) yoluxub, 78 nəfər infeksiyadan vəfat edib. Modern.az xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə naziri Fahrettin Koca məlumat verib.

Kiyevdə sürücü avtomobili piyadaların üzərinə sürdü: İki ölü – FOTO/VİDEO

Kiyevdə “Land Rover” markalı avtomobilin sürücüsü Azadlıq meydanında yoldan çıxaraq maşını piyadaların üzərinə sürüb. Hadisə zamanı sözügedən avtomobil ən azı dörd maşına çırpılıb. Nəticədə iki nəfər ölüb, üç nəfər yaralanıb.

"Bu gün Azərbaycan heç bir beynəlxalq hüququ tanımayan azğın Ermənistanla üz-üzədir"

"Amnesty International" və "Human Rights Watch"un öz qərarları ilə Ermənistanın müharibə qaydalarını pozmasını təsdiqləməsi Azərbaycan cəmiyyətində çox təəccüblü qarşılanır, çünki onlar Azərbaycana qarşı həmişə qeyri-obyektiv mövqe sərgiləyiblər. Onun sözlərinə görə, bu təşkilatlar bir qayda olaraq, öz hesabatlarında Azərbaycanda gedən yeniləşməni, müasirləşməni əks etdirmirlər: "Ancaq bu dəfə Ermənistanın Azərbaycanın dinc əhalisinə qarşı etdiyi vəhşilik o formadadır ki, bu təşkilatlar onu etiraf etməyə məcburdurlar.

Paşinyan indi də xilasediciləri ölümə göndərdi

Penitensiar, polis və digər dövlət qurumlarının işçilərini məcburi şəkildə "könüllü" kimi cəbhənin ən qaynar nöqtələrinə göndərən Paşinyanın son ümidi FHN işçilərinə qalıb.

ABŞ "anticisim kokteyli"nin sınağını qismən dayandırdı

Bundan öncə ABŞ Prezidenti Donald Tramp bəyan etmişdi ki, Regeneron şirkətinin anticisim preparatı və Eli Lilly and Co şirkətinin dərmanlarının tezliklə qeydiyyatdan keçirilməsi üzərində çalışır BAKI, 30 oktyabr - Sputnik.

Koronavirus dünyada getdikcə zəifləyir - Virusoloq

Dünyada yay dalğasına nisbətən payız dalğasında Covid 19 virusundan ölüm faizi azalmaqdadır. Az xəbər verir ki, virusoloq Anatoliy Altşeyn virusun getdikcə zəiflədiyini bildirib.

“Bizi heç bir təhlükə təhdid etmir” –

General mediaya açıqlamasında Ermənistan və Azərbaycan arasındakı silahlı qarşıdurmadan danışıb: “Hazırda İranın şimal-qərb sərhədlərini (Azərbaycanın işğaldan azad edilmiş yeni əraziləri istiqamətindən – red) heç bir təhlükə təhdid etmir.

Dağıntılar altında qalan Busənin kömək çağırışı ÜRƏKLƏRİ PARÇALADI - VİDEO

Dağıntılar altında qalan Busənin kömək çağırışı ÜRƏKLƏRİ PARÇALADI - VİDEOBu gün günorta saatlarında İzmirdə zəlzələ baş verib. BiG.AZ türk mediasına istinadən xəbər verir ki, dağıntılar altında qalan Busə adlı bir qız telefonu yanında olub və zəng edərək kömək istəyib.

Sərrac istefa verməkdən imtina etdi

Liviya Baş naziri Fayez Sərrac istefa verməkdən imtina edib. Axar.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Cenevrə danışıqlarından nə gözlənilir?-"Heç bir ciddi nəticə olmayacaq"

"ATƏT-in Minsk qrupunun həmsədrlərinin iştirakı ilə Cenevrədə keçirilən danışıqlar ciddi bir siyasi format deyil. Politoloq hesab edir ki, bu danışıqlar münasibətləri daha da kəskinləşdirəcək: "Ermənistan XiN rəhbəri Zohrab Mnatsakanyanı göndərməklə Minsk qrupunun Azərbaycana təsir edəcəyinə düşünərək Cenəvərəyə ümidlə gəlib.

"Koronavirus təzyiqi yüksəldir, gecələr qəribə ağrılar olur" - Yoluxmuş ailədən etiraflar

Koronavirusa yoluxmuş ər-arvad mətbuatda, saytlarda bu vaxta kimi koronavirusun əlamətləri barədə oxuduqlarının tam əksini yaşadığını bildirib. Hərarət bir gün 36,5 olurdu, sabahı 37,5. Yuxusuz gecələr keçirdik, gecələr qəribə panika hissi olurdu.

“Trabzonspor” Super Liqada yenə uduzub

Türkiyə Super Liqasında VII tur başlayıb. Apasport.az saytının məlumatına görə, turun ilk oyun günündə 2 matç baş tutub. Mövsümə uğursuz başlayan “Trabzonspor” “Kasımpaşa”nı qəbul edib. Türkiyə Super Liqası VII tur 30 oktyabr “Fatih Karagümrük” – “Ərzurum BB” – 5:1 Ndiaye, 11, 45, Biqlia, 28 (pen.), Ndao, 71, Sabo, 90+4 – Qomes.

Daha 79 obyektdə nöqsanlar aşkar edildi

İqtisadiyyat Nazirliyi zəruri qayda və tələblərə əməl etməyən sahibkarlıq subyektləri barədə monitorinqlərı davam etdirir. Bildirilib ki, Nazirliyin sahibkarlıq subyektlərində keçirdiyi monitorinqlər zamanı ümumilikdə, 79 obyektdə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena tələblərinin pozulduğu müəyyən edilib.