Xəbər lenti

"Anama görə Hindistana gedə bilmədim"

"Anama görə Hindistana gedə bilmədim"Əməkdar artist Çingiz Əhmədov illər əvvəl Hindistandan aldığı təklifi açıqlayıb.

Hər zaman ürəklərimiz, biləklərimiz ortaq mübarizədə bir olub - Türkiyə Prezidenti

Trend: Hər zaman ürəklərimiz, biləklərimiz ortaq mübarizədə bir olub. Trend xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mayın 28-də "Teknofest" festivalında çıxışı zamanı deyib.

Qarabağ Qazisinin evinə qaz xəttinin çəkilməsi üçün ödəniş istənilir - NARAZILIQ!

Masazır sakini Qasımov Cahangir Qulu oğlu "Hürriyyət"ə müraciət edərək, mövcud probleminin işıqlandırılmasını xahiş edib. O Asan Kommunal xidmətinə müraciət etsə də, ona özəl şirkət vasitəsilə ödəniş müqabilində qaz xəttinin çəkiləcəyi deyilib:"Masazırda da bağ evimiz var.

Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin şagirdlərinin 28 May "Müstəqillik Gün"nə həsr olunmuş konserti keçirildi (AZpress.AZ, İ.Rüstəm, +FOTO=82)

AZ, İ.Rüstəm, +FOTO=82) 27 May 2022- ci il tarixində Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqisi zalında,"Şuşa ili"çərçivəsində Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin şagirdlərinin 28 May "Müstəqillik Günü"nə həsr olunmuş konserti keçirildi.

Əliyev Milanoviçə təbrik məktubu ünvanladı

Buta.ws məktubun mətnini təqdim edir: “Hörmətli cənab Prezident, Xorvatiya Respublikasının milli bayramı – Dövlətçilik Günü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm. Azərbaycan ilə Xorvatiyanı dostluq və qarşılıqlı faydalı əməkdaşlıq münasibətləri birləşdirir.

Azərbaycan indi beynəlxalq münasibətlərdə daha böyük ehtiram göstərilən dövlətdir

Məcburiyyətdən öz tarixi ərazilərimizdən imtina edilməsi, qədim Azərbaycan şəhəri İrəvanın ermənilərə güzəştə gedilməsi bunun sübutu idi. Daha sonra sovet hakimiyyəti Şərqi Zəngəzuru, Azərbaycanın tarixi ərazilərini Ermənistana verərək Azərbaycanın ərazi bütövlüyünə çox ciddi zərbə vurmuş oldu.

İranın yol və şəhərsalma naziri ilə Şahin Mustafayev arasında telefon danışığı olub

İranın yol və şəhərsalma naziri Rüstəm Qasimi Azərbaycan baş nazirinin müavini Şahin Mustafayevlə telefon danışığı aparıb. Rüstəm Qasimi telefon danışığında həmçinin, Müstəqillik Günü münasibətilə Şahin Mustafayevi və Azərbaycan xalqını təbrik edib.

İlham Əliyev: “Türk qardaşlarımızın dəstəyini daim hiss etmişik”

Modern.az xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev “TEKNOFEST Azərbaycan” Festivalında çıxışı zamanı deyib. Dövlət başçısı xatırladıb ki, 90-cı illərin əvvəlində dövlət müstəqilliyi bərpa ediləndən sonra keçən 30 ildə Azərbaycan xalqı azad və müstəqil yaşayır.

Azərbaycanlı qız Misirdə buz üzərində “Uzundərə” rəqsini ifa edib VİDEO

Misirin Şarm əl-Şeyx kurort şəhərində müxtəlif ölkələrdən olan fiqurlu konkisürmə ustalarının və həvəskarların iştirakı ilə festival keçirilib. AZƏRTAC xəbər verir ki, dünyanın müxtəlif ölkələrindən gəlmiş turistlərin böyük maraq göstərdikləri festivalda azərbaycanlı qız Fərah Məhəmməd buz üzərində “Uzundərə” rəqsini ifa edib.

I Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının açılış mərasimi olub - FOTO

Tədbirdə çıxış edən Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev qeyd edib ki, BDU yarandığı gündən indiyə kimi bir çox tarixi hadisələrə şahidlik edib: "Birinci Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı da həmin tarixi günlərin sırasında xüsusi yer tutacaq. Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva, Milli Məclisin deputatı Aqil Abbas, Beynəlxalq Türk Akademiyasının vitse-prezidenti Füzuli Məcidli, TÜRKSOY-un Baş katibinin köməkçisi Bilal Çakıcı çıxışlarında birinci Türk Dünyası Ədəbiyyat və Kitab Festivalını...

Meymunçiçəyində yeni təhlükə: xəbərdarlıq edildi

Böyük Britaniyanın Sağlamlıq Təhlükəsizliyi Agentliyi meymun çiçəyi virusuna yoluxmuş insanlara 21 gün ərzində ev heyvanları ilə təmasdan çəkinməyi tövsiyə edib. Digər ev heyvanlarının, məsələn, pişik və itlərin sahiblərinə onları evdə təcrid olunmuş vəziyyətdə, baytar nəzarəti altında, heyvanlarda heç bir klinik əlamət göstərmədiyinə əmin olaraq saxlamaq tövsiyə olunub.

Dövlət başçısı: 'Türkiyə-Azərbaycan qardaşlığı bölgə üçün, dünya üçün çox önəmli faktordur'

"Türkiyə-Azərbaycan qardaşlığı birliyi xalqlarımız üçün əsas yol istiqamətidir. Az “Report”a istinadla xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev “TEKNOFEST Azərbaycan” Festivalında çıxışı zamanı deyib.

Milli ordu quruculuğunun memarı - VİDEO

1918-ci il mayın 28-də elan edilən və cəmi 23 ay ömür sürən, lakin özündən sonra zəngin irs qoyan Azərbaycan Xalq Cümhuriyyəti digər dövlət atributları ilə yanaşı, milli ordu quruculuğu istiqamətində də çox böyük işlər görüb. Tarix müəllimi Şöhrət Cəfərov qeyd edib ki, S.Mehmandarov 1919-cı ilin noyabr-dekabr aylarında hərbi nazir vəzifəsinə irəli çəkilmiş və onun qarşısına 40 min nəfərlik nizami ordu yaratmaq şərt qoyulmuşdu.

Kanberradakı Avstraliya Milli Kariyonu Azərbaycanın dövlət bayrağının rəngləri ilə işıqlandırılıb

AZƏRTAC xəbər verir ki, bu tədbir ölkəmizin Avstraliyadakı səfirliyinin təşəbbüsü ilə Azərbaycan Xalq Cümhuriyyətinin 104-cü ildönümü, eyni zamanda, Avstraliya ilə ölkəmiz arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümü münasibətilə təşkil olunub.

TƏBİB-dən dövlət xəstəxanalarına yerləşdirilməyən xəstə ilə bağlı açıqlama

Xəbərdə deyilir ki, xəstənin vəziyyətini qiymətləndirmək məqsədilə Kliniki Tibbi Mərkəzin həkim-reanimatoloquna konsultasiya edilməsi həvalə olunub: "Qeyd edək ki, xəstə "hemorraqik insult, sifilis, arterial hipertoniya” diaqnozu ilə özəl tibb müəssisəsində müalicə alır.

Novella Cəfəroğlu: “Prezident növbəti dəfə humanist addım atdı”

“Prezident İlham Əliyev tərəfindən imzalanan növbəti əfv sərəncamı Azərbaycanın gücünü, apardığı siyasətin ən yüksək məqamlarını əks etdirən bir sərəncamdır”. Qeyd edək ki, Prezident İlham Əliyevin mayın 27-də imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamın icrası başa çatıb.

Ərdoğan: “Azərbaycanın Müstəqillik Günündə sizlərlə birlikdə olmaqdan xoşbəxtəm”

APA-nın xəbərinə görə, bunu bu gün "Texnofest Azərbaycan" texnoloji festivalında çıxışında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib. Türkiyə Prezidenti deyib ki, şəhidləri rəhmət və hörmətlə yad edir: “Allah bizi şəhidlərimizin müqəddəs yolundan ayırmasın”.

Azərbaycan Prezidenti: “Bu 30 il ərzində bizim yanımızda daim türk qardaşlarımız olub”

APA xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirilən “TEKNOFEST Azərbaycan” festivalında deyib. “Biz 30 il ərzində bu dəstəyi, bu qardaşlıq dəstəyini hər zaman hiss etmişik. Bu gün də hiss edirik”, - Prezident İlham Əliyev vurğulayıb.