Apa.az
26.07.2020
APA-nın Türkiyə bürosunun xəbərinə görə, Kayserinin mərkəzindəki Cümhuriyyət meydanında 40-a yaxın təşkilatın iştirakı ilə keçirilən təbirə Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğız, Özbəkistan, Türkmənistan və Şimali Kipr vətəndaşları qatılıb. “7 dövlət, bir millət, susma artıq üsyan et, bitsin artıq bu zillət”, “Ya Qarabağ, ya ölüm!”, “Qansa qan, cansa can, səninləyik Azərbaycan”, “Qarabağ Türk torpağıdır!” şüarları səsləndirilən aksiyada Kayseridəki Ərciyəz universitetinin müəllimləri, Kayseridəki azərbaycanlı ziyalılar, tələbələr çıxış ediblər.