Xəbər lenti

Azərbaycanda zərərvericilərə qarşı xüsusi həşəratlar yetişdirilib - VİDEO

Bərdədə pambıq sovkasına qarşı mübarizədə bioloji üsullardan istifadə olunur. Laboratoriya şəraitində çoxaldılmış habrobrakon həşəratları isə tarlalara pambıq sovkasının tırtılları görünməyə başlayan zaman və hər hektara sayı 10 000 ədəd olmaqla buraxılmalıdır.

Muğanlı-İsmayıllı-Təzəkənd-Ağbulaq-Qoşakənd avtomobil yolu yenidənqurmadan sonra istifadəyə verilib YENİLƏNƏCƏK

İsmayıllı rayonunun Muğanlı-İsmayıllı (30 km)-Təzəkənd-Ağbulaq-Qoşakənd avtomobil yolu (8 km) yenidənqurmadan sonra istifadəyə verilib. AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yolun açılışında iştirak edib.

"Zəyəmçay su anbarı Tovuz üçün həyatı önəm ərz edən layihələrdəndir" - VİDEO

Səsimizə dəstək verdiyiniz üçün təşəkkürlər cənab Prezident!İyulun 23-də Azərbaycan Prezidenti cənab İlham Əliyevin yanında keçirilən video-müşavirədə su təsərrüfatının vəziyyəti ətraflı müzakirə olunmuş, nöqsanlar, çaztışmazlıqlar qeyd edilmiş və çıxış yolları ilə bağlı məsələlər müzakirə olunmuşdu. Parlamentdə Tovuz sakinlərinin səsini duyuraraq, su çatışmazlıqları mövzusunda çıxışlar etmiş, bu barədə Baş nazirə rəsmi məktubla müraciət etmiş bir Millət vəkili olaraq mən, cənab Prezidentin bu yeni Sərəncamının məqsədyönlülüyünü, həyati vacibliyini çox yaxşı ba...

Ülviyyə Xəlilbəyli ana olacaq - FOTOLAR

Tanınmış azərbaycanlı aktirsa Ülviyyə Xəlilbəyli ana olacaq. AZXEBER.COM xəbər verir ki, həmkarı Murad İsmayılla ailə həyatı quran aktirsa ana olacağını sosial şəbəkədə bildirib: "Dünenden bugünə o qədər xoş kommentler ve smsler aldım ki, sanki bütün neqativlerim getdi, auram təmizləndi.

Hindistandan daha 8 nəfər Azərbaycan vətəndaşı təxliyə edilir

Bildirilib ki, onlardan 8-i Azərbaycan vətəndaşı, 1-i isə Azərbaycanda daimi yaşayış icazəsi olan Hindistan vətəndaşıdır. Təxliyə edilən vətəndaşlar sabah saat 14:20-də Dehli-Tbilisi çarter reysi ilə Tbilisi hava limanına gətiriləcək və daha sonra Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşlarının müşayiəti ilə xüsusi mikroavtobusla “Sınıq Körpü” sərhəd-keçid məntəqəsinə gətiriləcəklər.

Qazaxıstanda karantin rejimi daha iki həftə uzadıldı

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Dövlət Komissiyasına koronavirusun yayılmasına qarşı karantin tədbirlərinin daha iki həftə uzadılması barədə göstəriş verib. Ölkə başçısı iyul ayında tətbiq edilən məhdudlaşdırıcı tədbirlərin müsbət təsirini daha da gücləndirmək məqsədilə həmsərhəd ölkələrdə epidemioloji vəziyyətin ağırlaşmasını nəzərə alaraq karantin tədbirlərini iki həftə müddətinə uzatmaq və sonra mərhələli şəkildə yumşaldılması ilə bağlı göstəriş verib.

Denis Mayorov Prezident İlham Əliyevə minnətdarlığını bildirib MƏKTUB

“Xəzər FM” radiosunun direktoru Denis Mayorov Azərbaycan Respublikası Prezidenti İlham Əliyevə Azərbaycan mətbuatının 145 illik yubileyi münasibətilə KİV nümayəndələrinə göstərdiyi dəstəyə görə təşəkkür məktubu ünvanlayıb. Milli mətbuatımızın 145 illik yubileyi münasibətilə məni və digər jurnalist həmkarlarımı fəxri adlara və mükafatlara layiq görməyiniz bizi hədsiz dərəcədə sevindirdi.

Qazaxda stadionun yanında adam öldürən şəxsin məhkəməsi başlayır

Qazaxda adam öldürməkdə təqsirləndirilən Əhməd Əhmədovun barəsində olan cinayət işinin istintaqı başa çatıb. APA-nın məlumatına görə, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işinin materialları baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Banqladeşdə polis bölməsində partlayış olub

Banqladeşin paytaxtı Dəkkədə polis məntəqəsində baş verən partlayış nəticəsində azı 5 nəfər yaralanıb.“Report” xəbər verir ki, bu barədə “Dhaka Tribune” məlumat yayıb. Məlumata görə, çərşənbə axşamı gecə hüquq-mühafizə orqanlarının əməkdaşları üç terrorçunu saxlayıblar və onların üzərlərinə baxış zamanı partlayıcı qurğu aşkar edilib.

"Putin Dağlıq Qarabağ münaqişəsinin həllində heç vaxt maraqlı olmayıb" ÖZƏL-ŞƏRH

Türkiyə və Rusiya prezidentləri ilk dəfəydi ki, Azərbaycan-Ermənistan qarşıdurmasını detallı şəkildə müzakirə etdilər. Bundan sonra Putin Ərdoğanla görüşlərində və telefon söhbətlərində Suriya, Liviya və digər mövzularla yanaşı Azərbaycan-Ermənistan qarşıdurmasını da müzakirə etmək məcburiyyətindədir.

Hacıqabulda istixanalardan 620 ton tərəvəz yığılıb

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, hazırda rayonun ayrı-ayrı yaşayış məntəqələrində 31 hektar ərazidə 22 istixanada tərəvəz (pomidor, xiyar) yetişdirilir. Cari ilin ötən ayları ərzində bu istixanalardan 620 ton tərəvəz yığılaraq daxili bazarlara göndərilib.

Almaniya sakinlərinin hər dörd nəfərindən biri mənşəcə miqrantdır

Almaniyada yaşayan əhalinin 65 faizi Avropa, 22 faizi Asiya, 5 faizi Afrika ölkələrindən, 3 faizi Amerika və Avstraliyadan olan miqrant köklərə malik insanlardır.

Naxçıvanda sahibkarların kreditləşməsi 50%-dən çox artıb

Ötən ilin eyni dövrü ilə müqayisədə hüquqi şəxslərin qeydiyyat sayında 2 vahid artım var.

Özünə 4, 5 milyona tarixi villa aldı — Fotolar

Dünyaca məşhur müğənni Miley Krus yeni malikanəsi ilə gündəmə gəlib. Belə ki, o, tarixi villa üçün 4, 5 milyon dollar ödəniş edib. 27 yaşlı sənətçinin qonşuları isə Britni Spirs, Sharon və Ozzy Osbourne kimi dünya ulduzlarıdır.

Bu ölkə karantin rejimini 2 həftə artırdı

Qazaxıstan Prezidenti Qasım Jomart Tokayev koronavirus infeksiyasının yayılmasına qarşı mübarizə üçün daha iki həftə karantin tədbirlərinin uzadılması barədə göstəriş verib.

“Ölkədə yaranmış su problemi aradan qaldırılır" - Komitə sədri

Komitə sədri bildirib ki, ölkə başçısı xalqı narahat digər sahələrdə də mövcud problemlərin aradan qaldırılması istiqamətində işləri davam etdirir: " Su təchizatı məsələsi prioritet problemlərdən biridir.

Kitabxana #genclerinifasindaqarabagsevgisi adlı yeni çağırışa start verib

Xətai rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi #genclerinifasindaqarabagsevgisi adlı yeni çağırışa start verib. Kitabxanadan SİA-ya bildirilib ki, bu çağırışın ilk ifaçısı Teymur Əzizdir.

Birinci MDB Oyunları oktyabrda keçirilə bilər

Rusiya Federasiyası Tatarıstan Respublikasının paytaxtı Kazanın ev sahibliyi edəcəyi Birinci MDB Oyunlarının təşkilatçıları yarışın oktyabrın əvvəlinə təxirə salınması variantını nəzərdən keçirirlər. Qeyd edək ki, Birinci MDB Oyunlarının əvvəlcə avqustun 20-27-də keçirilməsi planlaşdırılsa da, yarışlar koronavirus səbəbindən təxirə salınıb.