Ərdoğan və Putin Qarabağı müzakirə ediblər
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.“Report” xəbər verir ki, bu barədə Türkiyə liderinin dəftərxanası məlumat yayıb. Ərdoğan Ermənistan silahlı birləşmələrinin işğal edilmiş Azərbaycan ərazilərindən çıxarılması zəruriliyini bildirib.