Uşaq Musiqi Məktəbinin şagirdləri beynəlxalq müsabiqədə uğur qazanıblar
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin 34 nömrəli Uşaq Musiqi Məktəbinin şagirdləri “Perfomans” Beynəlxalq Prodüser Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Cənub rabsodiyası” Beynəlxalq İncəsənət Müsabiqəsində uğurla iştirak ediblər. Şagirdlərdən Tunar İsmayılzadə (fortepiano), Zərintac Qurbanzadə (kamança), Elvin Rəhimov (klarnet), Aygün Baratzadə (fortepiano), İbrahim Qasımov ( xanəndə) uğurla çıxış edərək müxtəlif kateqoriyalar üzrə Qran -Pri mükafatına sahib olublar.