Türkiyədə 5,4 bal gücündə zəlzələ olub

Türkiyədə 5,4 bal gücündə zəlzələ olub

Türkiyənin Van vilayətinin Özalp rayonunda 5,4 bal gücündə zəlzələ baş verib.

XeberOxu.Az-ın məlumatına görə, bu barədə Türkiyə Daxili İşlər Nazirliyinin nəzdindəki Fövqəladə Halların İdarə Olunması Agentliyi məlumat yayıb. Yeraltı təkanlar iyunun 25-də yerli vaxtla saat 13:03-də qeydə alınıb. Zəlzələ ətrafdakı vilayətlərdə də hiss olunub. Əhali arasında təşviş yaranıb.

Dağıntı və xəsarət barədə hələlik məlumat yoxdur.