Dünyada COVID-19-a yoluxanların sayı 9,29 milyonu keçdi - ÜST

Dünyada COVID-19-a yoluxanların sayı 9,29 milyonu keçdi - ÜST

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 167 mindən çox artıb.

Publika.az "TASS"a istinadla xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

İyunun 25-i saat 11:00 üçün olan məlumata əsasən, ötən sutka ərzində 167 156 nəfər koronavirusa yoluxub, 5 336 nəfər isə dünyasını dəyişib.

Yoluxanların ümumi sayı 9 296 202 ölənlərin isə 479 133 nəfərə çatıb.

Bildirək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.