Qələbə paradında çəkməsini itirsə də, nizamı pozmayan qadın hərbçi mükafatlandırıldı

Qələbə paradında çəkməsini itirsə də, nizamı pozmayan qadın hərbçi mükafatlandırıldı

Rusiyanın Kalininqrad şəhərində keçirilən Qələbə paradında çəkməsini itirməsinə baxmayaraq, sıra nizamını pozmadan addımlamağa davam edən qadın hərbçi mükafatlandırılıb.

Bu barədə “RİA Novosti” məlumat yayıb.

Belə ki, Baltik donanmasının komandanı admiral Aleksandr Nosatov hərbçiyə xatirə medalı, diplom və gül dəstəsi təqdim edib.

Xatırladaq ki, Rusiyanın Kalininqrad şəhərində keçirilən Qələbə paradında belə bir diqqət çəkən hadisə baş verib. Hərbçi qadın isə heç nə olmamış kimi sıra nizamını pozmayıb və addımlamaqda davam edib.