Divarda çəkdiyi qraffiti gənc rəssamın sonu oldu

Divarda çəkdiyi qraffiti gənc rəssamın sonu oldu

Rusiya paytaxtında əl işinin fotosunu çəkmək istəyən 22 yaşlı gənc faciəli şəkildə həlak olub.

Bu barədə REN TV xəbər yayıb.

Məlumata görə, rəssam Moskvada Belarus vağzalında qraffitini çəkdikdən sonra onu foto ilə əbədiləşdirmək üçün elektrik qatarının üstünə çıxıb. Bu zaman gənci elektrik cərəyanı vurub.

Şahidlər təcili tibbi yardıma zəng etsələr də, rəssamın həyatını xilas etmək mümkün olmayıb.