Çində 6,4 maqnitudalı zəlzələ olub

Çində 6,4 maqnitudalı zəlzələ olub

Çində zəlzələ baş verib.

“Report”un məlumatına görə, bu barədə ABŞ-ın Geologiya Xidmətinin saytı bildirib.

Məlumata görə, yeraltı təkanlar ölkənin şimal-qərbində Sinszyan-Uyğur Muxtar Vilayətində 6,4 maqnitudada qeydə alınıb.

Xidmətin məlumatına görə, zəlzələ seysmoloqlar tərəfindən Bakı vaxtı ilə saat 01:05-də aşkarlanıb. Zəlzələnin episentri Xotan şəhərindən 279 kilometr cənub-şərqdə qeydə alınıb, zəlzələ ocağı 10 kilometr dərinlikdə yerləşib.

Zərərçəkənlər və ya dağıntı barədə məlumat yoxdur.