Gənc kaskadyor yarımavtomobildə drift elədi - VİDEO

Gənc kaskadyor yarımavtomobildə drift elədi - VİDEO

Rusiyanın Rostov-Don şəhərinin sakini qeyri-adi fəndi ilə diqqəti özündə cəmləyib. Belə ki, o, yarımavtomobildə drift edib.

Bu barədə “Mash” “Telegram” kanalı xəbər yayıb.

Məlumata görə, kaskadyor Yevgeni Çebotır köhnə avtomobilləri alır və ekstremal fəndlərlə onları məhv edir. Bu yaxınlarda isə adrenalin həvəskarının əlinə “odda yanmaz, suda batmaz” “Lada” keçib. Gənc maşının başına nə oyun gətirsə də (kabrioletə çevirib, iki yerə bölüb), avtomobil hərəkətinə davam edib.