İranda koronavirusdan ölənlərin sayı 10 mini ötüb

İranda koronavirusdan ölənlərin sayı 10 mini ötüb

İranda koronovirusdan ölənlərin sayı 10 mini ötüb. Son 24 saat ərzində 2595 nəfər virusa yoluxub, 134 nəfər isə vəfat edib.

XeberOxu.Az-ın məlumatına görə, bu barədə İranın Səhiyyə Nazirliyinin mətbuat katibi Səadət Sima Lari keçirdiyi gündəlik mətbuat konfransında məlumat verib. Onun sözlərinə görə, İranda yoluxanların ümumi sayı 215 min 96 nəfərə, ölənlərin sayı isə 10 min 130-a yüksəlib. Xüsusi xəstəxanalarda müalicə alan 175 min 103 nəfər isə sağalaraq evə buraxılıb. İntensiv terapiyada yatan 2899 xəstənin vəziyyəti ağır olaraq qalır.