Koronavirusu 25 saniyəyə məhv edən ÜSUL tapılıb

Koronavirusu 25 saniyəyə məhv edən ÜSUL tapılıb

Boston Universitetinin Milli Yoluxucu Xəstəliklər Laboratoriyasının (NIEDL) alimləri "Signify" şirkəti ilə birlikdə koronavirusu 25 saniyəyə məhv etməyin yolunu tapıblar.

BiG.AZ-ın verdiyi xəbərə görə, bu brədə "Rossiyskaya qazeta" araşdırmaya istinadən yazır.

Belə ki, xüsusi lampaların ultrabənövşəyi şüaları "SARS-CoV-2"-ni zərərsizləşdirir. Eksperiment zamanı mütəxəssislər viruslu materialı lampalardan müxtəlif dozalarda gələn ultrabənövşəyi radiasiyaya məruz qoyublar.

Məlum olub ki, 1 kvadrat santimetrə 5 meqacoul dozada koronavirusun yayılması altı saniyədə 99 faiz azalır, 1 kvadrat santimetrə 22 meqacoul dozada isə, virus 25 saniyədə tamamilə məhv olur.

Natəvan Baxşiyeva