Ağ Ev Çinin Huawei şirkətini HƏDƏF ALIB

Ağ Ev Çinin Huawei şirkətini HƏDƏF ALIB

Donald Tramp administrasiyası Çinin texnologiya nəhəngi Huawei-yə rəqib yaratmaq üçün müxtəlif varinatları gözdən keçirir.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, məqsəd 5G texnologiyaları üzrə dünyada liderliyi ələ alan Çin şirkətinin hegemonluğuna son qoymaqdı.

“ABŞ dünyanı qabaqcıl texnologiyalarla təmin etmək üçün bütün varinatları gözdən keçirir. Huawei dünya telekommunikasiya bazarında avadanlıqların 28%-ni satır. Satışlar Yaponiyadan Almaniyaya qədər geniş bazarı əhatə edir”.

ABŞ-ın telekommunikasiya istehsalçıları hələ də çox zəif olduqları üçün Çin avadanlığı almaq istəməyən ölkələr yalnız 3 iri şirkətə - Ericsson, Nokia и Samsung Electronics Co-ya ümid edir.

ABŞ mətbuatı Ağ Evin təkidi ilə yerli texnoloji şirkətlərdən birinin Nokia yaxud Ericsson-u satın alacağını bildirir. Digər təklif isə ABŞ-ın iri özəl şirkətlərinin dəstəyi ilə yeni texnolji nəhəngin yaradılması variantıdır.