Dünyada ikinci dalğa başladı – ŞOK RƏQƏMLƏR!

Dünyada ikinci dalğa başladı – ŞOK RƏQƏMLƏR!

Karonavirus dünyada yenidən alovlanmağa və “ikinci dalğa” qorxusu yaşanmağa başlayıb.
BiG.AZ xəbər verir ki, dünyada son 24 saatda rekord sayda yeni yoluxmalar qeydə alınıb:

Amerika Birləşmiş Ştatlarında sutka ərzində 40 min 598 nəfər virusa yoluxub. Amerikada toplam yoluxma 2 milyon 443 mini keçib, ölüm sayı isə 125 minə yaxınlaşır.

Meksikada isə eyni gündə 6104 nəfərin testi pozitiv çıxıb. Ölkədə yoluxma sayı 200 mini, ölüm sayı 25 mini keçib.

Brazilyada da şok rəqəmlər qeydə alınıb. Son 24 saat ərzində ölkədə 39 min 483 nəfər karonavirusa yoluxub. Toplam yoluxma 1 milyon 229 minə, ölüm sayı isə 55 minə çatmaq üzrədir.

Virusun meydana gəldiyi Çində isə “ikinci dalğa” şoku yaşanır. Belə ki, paytaxt Pekində yeni yoluxmalar qeydə alınıb.

Qardaş ölkə Türkiyədə isə ümumi yoluxma sayı 193 mini, ölüm sayı isə 5 mini geridə qoyub.

Elmir Kərimli