2 min nəfəri işdən çıxaracaq

2 min nəfəri işdən çıxaracaq

Marja xəbər verir ki, Royal Mail-in yaydığı açıqlamada, şirkətdə rəhbər vəzifələrdə çalışan 2 min nəfərin koronavirus (Kovid-19) epidemiyasının mənfi təsirləri ilə əlaqədar işdən çıxarılacağı qeyd edilib.

Açıqlamada şirkətin epidemiya səbəbilə dəyişən şərtlərə sürətli bir şəkildə ayaq uydura bilmədiyi vurğulanıb.

Royal Mail hal-hazırda ölkədə 9 min 700-ü rəhbər vəzifələrdə olmaqla 161 min nəfərə məşğulluq təmin edir.

Son məlumatlara görə ölkədə 9 milyon nəfər karantin müddətində hökumətinin maaş dəstəyindən faydalanır.

Mütəxəssislər iqtisadiyyatın canlanmağa başlaması ilə gözlənilən iqtisadi fəaliyyətin görülməməsi vəziyyətində çoxlu sayda adamın işini itirə biləcəyi qənaətindədirlər.

May ayı məlumatına görə ölkədə 600 min nəfər epidemiya səbəbilə işini itirib.

Essex Universitetinin İctimai İqtisadi Araşdırmalar mərkəzi tərəfindən hazırlanan bir hesabatda da ölkədə epidemiyanın yaratdığı iqtisadi pisləşmə səbəbilə 6,5 milyondan çox insanın işini itirə biləcəyi qeyd edilmişdi.