Bu yolla koronavirus 25 saniyəyə məhv olur

Bu yolla koronavirus 25 saniyəyə məhv olur

Xüsusi lampaların ultrabənövşəyi şüaları COVİD-19 infeksiyasını 25 saniyəyə məhv edir.

Yenisabah.az xaici KİV-ə istinadən xəbər verir ki, bu qənaətə Boston Universitetindəki Milli Yoluxucu Xəstəliklər Laboratoriyasının alimləri gəlib.

Təcrübə zamanı koronavirus infeksiyasına müxtəif həcmdə şüa verilib. Bəlli olub ki, 5 meqacoul həcmdə verilən şüa zamanı virusun yayılması 6 saniyədə 99 faiz azalır. Həcm 22 meqacoula çatdıqda isə virus 25 saniyə ərzində məhv olur.

Aprel ayında isə Fransanın Provans Universitetinin alimləri koronavirusun 92 dərəcə hərarətdə 15 dəqiqəyə məhv olduğunu müəyyən etmişdilər. Mütəxəssislərin fikrincə, bütün bunlar gündəlik həyatda faydalı ola bilər. Lakin elmi sahədə bu təcrübələrin heç bir əhəmiyyəti yoxdur.