"Survivor"da bahalı avtomobilin sahibi bəlli oldu - Fotolar 

"Survivor"da bahalı avtomobilin sahibi bəlli oldu  - Fotolar 

"Survivor 2020" yarışmasında avtomobil qazandıran oyun keçirilib.

Yenisabah.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, yarışmanın dünən gecə yayımlanan bölümündə "Analarınızdan soruşduq" adlı oyun oynanılıb. Yarışmada qalan son 7 rəqib lüks avtomobil üçün mübarizə apaıb.

"Analarınızdan soruşduq" adlı oyununda yarışma iştirakçıları analarına verilən sualların cavablarını tapmağa çalışıb. Berkan və Elif əyləncənin əskik olmadığı oyunda finala çıxmağı bacarıb. Elif yarışmanın qalibi olaraq avtomobilə sahib olub. O, həmçinin yarışma tarixində avtomobil qazanan ilk qadın iştirakçı kimi yadda qalıb.