Mələkxanımın rəssam qızından şad xəbər... -

Mələkxanımın rəssam qızından şad xəbər... -

Xalq artisti Mələkxanım Əyyubovanın rəssam qızı Nəzrin Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının magistr pilləsinə qəbul olub.

Teleqraf.com xəbər verir ki, Nəzrin Nəvəfova bu haqda İnstaqram səhifəsində məlumat verib:

"Karantin vaxtı gözəl xəbərə çox ehtiyacım var idi. Çox şükür ki, bu gün Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının magistr pilləsinə qəbul olduğumu öyrəndim. Çox sevincliyəm".

Qeyd edək ki, Nəzrin Nəcəfova Təbriz adlı dizayner ilə nişanlıdır. Onun aprelin 3-də baş tutacaq toy mərasimi pandemiyaya görə təxirə düşüb.