“Vikipediya”da hərbi mövzuda yüzlərlə məqalə yaradılıb

“Vikipediya”da hərbi mövzuda yüzlərlə məqalə yaradılıb

Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanasının (MEK) “Vikipediya” könüllüləri tərəfindən doğma dilimizdəki “Vikipediya”da bu günə qədər hərbi və vətənpərvərlik mövzularında üç yüzdən çox məqalə yaradılıb.

MEK-dən AZƏRTAC-a bildirilib ki, məqalələrdə Azərbaycanın görkəmli hərbiçiləri haqqında maraqlı məlumatlar əks olunub. Eyni zamanda, “Vikipediya”nın digər xarici dil bölmələrində Milli qəhrəmanlarımız haqqında yüzlərlə məqalə yaradılıb.

Qeyd edək ki, Azərbaycan dilindəki "Vikipediya"da məqalələrin sayı ümumilikdə 161 mini keçib.