“Amazon” sürücüsüz avtomobil sənayesinə investisiyalarını artırır

“Amazon” sürücüsüz avtomobil sənayesinə investisiyalarını artırır

ABŞ-ın elektron ticarət nəhəngi “Amazon” şirkəti sürücüsüz avtomobil istehsalçısı - “Zoox” şirkətini alıb.

“Report” bu barədə xarici mətbuata istinadən xəbər verir.

Qeyri-rəsmi məlumata görə, satınalmanın dəyəri 1 milyard ABŞ dollarından çoxdur.

Xatırladaq ki, "Amazon" bu ilin əvvəlində digər sürücüsüz avtomobil istehsalçısı “Aurora”nı da 530 milyon ABŞ dollarına almışdı.