'Facebook'dan köhnə informasiyalara qarşı addım

'Facebook'dan köhnə informasiyalara qarşı addım

Dünyanın ən böyük sosial şəbəkə platformalarından olan "Facebook" 3 aydan köhnə xəbərləri paylaşan istifadəçilərə xəbərdarlıq göndərəcək.
Qaynarinfo xəbər verir ki, bu barədə Facebook-un Xəbər və Məzmun Departamentinin direktor müavini Con Hegeman açıqlama verib. O bildirib ki, sosial şəbəkədə paylaşılan xəbərlərin yeni olması olduqca önəmlidir.
Açıqlamada həmçinin qeyd olunub ki, köhnə xəbərlərin paylaşılacağı təqdirdə Facebook istifadəçiyə "geriyə" və ya "paylaşıma davam et" şəklində variantlar təqdim edəcək.
Camal