Huawei şirkəti tərtibatçılara güzəştli şərtlər təklif edir: Şərtlər nələrdir?

Huawei şirkəti tərtibatçılara güzəştli şərtlər təklif edir: Şərtlər nələrdir?

Huawei şirkəti özünün AppGallery platformasını inkişaf etdirməkdə davam edir. Buna görə də şirkət tərtibatçılara güzəştli şərtlər təklif edir. Beləliklə startapların, digər təşəbbüslərin dəstəklənməsi və lokal informasiya bazarının stimullaşdırılması üçün şirkət birinci il ərzində tərtibatçılar tərəfindən əldə edilmiş gəlirlərdən heç bir faiz götürməyəcək.

Beləliklə tərtibatçılar birinci il ərzində qazandıqları bütün vəsaitləri özlərində saxlaya biləcəklər. Bu qərar mobil oyunlardan başqa digər bütün tətbiqlərə aid edilir. Bu barədə Gagadget saytı xəbər verib. İkinci ildən başlayaraq isə təhsil sahəsində olan tətbiqlərin tərtibatçıları əldə etdikləri gəlirin 90%-ni, digər tətbiqlərin tərtibatçıları isə 85%-ni özlərində saxlaya biləcəklər.

Mobil oyun tərtibatçılarına gəldikdə, onlara həm birinci həm də ikinci il üzrə gəlirin 85%-nin təqdim edilməsi söz verilib. Qeyd etmək lazımdır ki, Google Play və App Store kimi böyük rəqiblərin fonunda bu çox müsbət bir qərardır. Huawei şirkətinin fikrincə bu üsul ilə monopoliyanı məhv etməklə yanaşı həmçinin mövcud olan rəqiblərin bazardakı mövqelərinə də təsir göstərmək olacaq