Rusiya NATO-ya qarşı: Su-24M bombardmançıları Krıma yerləşdirildi

Rusiya NATO-ya qarşı: Su-24M bombardmançıları Krıma yerləşdirildi

Krımın ərazisində bir gün əvvəl Suriyada uğurla sınaqdan keçirilən yüksək dəqiqlikli SVP-24 "Hefaestus" sistemləri ilə təchiz edilmiş Su-24M cəbhə bombardmançıları yerləşdirilib. "Hefest" çox kiçik hədəflərə belə dəqiq zərbələr endirməyə imkan verir.
Qaynarinfo Avia.pro portalının verdiyi məlumata sitinadla bildirir ki, Rusiya Federasiyası tərəfindən "Hefest” sistemli modernləşdirilmiş Su-24M-lərin Krıma köçürülməsi NATO-nun bu bölgədə aktivliyinin artmasıyla bağlıdır. Müdafiə Nazirliyi bu məlumatı təsdiqləməyib.
Öz növbəsində avia.pro bombardmançıların köçürülməsini çox sayda NATO gəmisinin Qara dənizə gəlməsi ilə əlaqələndirir. Donanma Qara dənizdə Ukrayna, türkiyə və bir sıra başqa dövlətlərlə təlim keçirəcək. Alpər