"PAŞA Bank" işçi axtarır – VAKANSİYA

"PAŞA Bank" işçi axtarır – VAKANSİYA

PAŞA Bank Rəqəmsal marketinq üzrə baş mütəxəssis vəzifəsinə işçi axtarır.

Vəzifə öhdəlikləri

• Veb, SEO / SEM, e-mail, sosial media, ödənişli social media/yenidən hədəfləmə (retargeting) və GDN reklamları da daxil olmaqla rəqəmsal marketinq kampaniyalarını planlaşdırmaq və həyata keçirmək
• Bütün rəqəmsal marketinq kampaniyalarının fəaliyyətini ölçmək, hesabat hazırlmaq və hədəflərə əsasən onları qiymətləndirmək (ROI və KPI)
• Bütün rəqəmsal kanallarda, social mediada fəaliyyəti həyata keçirmək
• Əsas onlayn axtarış sistemlərində maksimum ilkin sıralanma üçün saytdakı məzmunu optimallaşdırmaq
• Veb saytın texniki təhlili, rəqabət / açar sözlərin (keyword) araşdırılması və link təhlili də daxil olmaqla məlumatların toplanmasını həyata keçirmək
• Trendləri və tələbləri müəyyənləşdirmək və bunlara əsaslanaraq xərcləri və fəaliyyəti optimallaşdırmaq
• Fərziyyələri və dönüşüm testlərini (conversion tests) planlaşdırmaq, icra etmək və onları ölçmək
• Məhsul/xidmət səhifələrinin (landing pages) yaradılması və istifadəçi təcrübəsinin optimallaşdırması üçün şirkətdaxili digər qruplarla əməkdaşlıq etmək
• Müxtəlif kommunikasiya kanalları və müştəri ilə təmas nöqtələri üzrə müştəri təcrübəsini qiymətləndirmək üçün analitik metodları tətbiq etmək
• Konversiya nöqtələrində lazımi rəqəmsal həlləri tətbiq etmək və müştərinin cəlb edilməsi prosesini optimallaşdırmaq
• Agentliklər və digər marketinq üzrə xidmət göstərən şirkətdən kənar partnyorlar ilə əməkdaşlıq etmək
• Yeni texnologiyaları qiymətləndirmək və zəruri hallarda onları tətbiq etmək üçün təhlil aparmaq

Vəzifə üzrə tələblər

• Marketinq və ya müvafiq sahə üzrə bakalavr/magistr dərəcəsi
• Rəqəmsal marketinqdə ən az 4-5 il iş təcrübəsi
• Onlayn axtarış sistemləri üzrə optimallaşdırma (Search Engine Optimization) sahəsində ən azı 2 illik iş təcrübəsi
• SEO / SEM, marketinq məlumat bazası, e-poçt, sosial media və / və ya GDN reklam kampaniyalarının aparılması üzrə təcrübə
• Əsas sosial media saytları üzrə müvafiq təcrübə
• Hədəf auditoriyanın müəyyənləşdirməsində və effektiv rəqəmsal kampaniyaların hazırlamasında təcrübə
• Məhsul/xidmət səhifələri (landing pages) və istifadəçi təcrübəsinin (user funnels) optimallaşdırması üzrə biliklər
• A / B və çoxşaxəli testlərin (AB/MVT testing) aparılmasında təcrübə
• Vebsayt analitikası üçün alətlər (məsələn, Google Analytics) üzrə biliklər
• Google Adwords kampaniyalarının yaradılması və optimallaşdırılması üzrə təcrübə
• Güclü analitik bacarıqlar və təhlillərə əsaslanan düşüncə tərzi
• İnternet marketinq, aidiyyatı olan yeni trendlər və ən yaxşı təcrübələr haqda biliklər
• Azərbaycan və ingilis dillərində güclü şifahi və yazılı ünsiyyət bacarıqlarına sahib olmalıdır
• Müxtəlif tapşırıqları eyni zamanda idarə etməyi və iddialı hədəflərə çatmağı bacarmalıdır

Tələblərə cavab verən namizədlərdən öz CVlərini [email protected] email ünvanına məktubun başlıq hissəsində “Rəqəmsal marketinq üzrə baş mütəxəssis” qeyd edərək göndərmələri rica olunur.
Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaq.