Dünyanın ən qəribə dəfn adətləri: ölüləri leşyeyənlərə atır, muncuğa çevirirlər... (FOTOLAR)

Dünyanın ən qəribə dəfn adətləri: ölüləri leşyeyənlərə atır, muncuğa çevirirlər... (FOTOLAR)

Dünyada fərqli mədəniyyətlər olduğu kimi, bir-birindən müxtəlif dəfn mərasimləri də gerçəkləşdirilir. Kimisi basdırır, kimisi yandırır, bəziləri külləri çaya ölən şəxsin yandırıldıqdan sonra küllərini çaya axıdır və s. Lakin təqdim edəcəyimiz bu dəfn adətləri sadaladıqlarımızdan da daha qeyri-adidir. Qaynarinfo xəbər verir ki, Hindistanda yaşayan və Zoroastrian inancına sahib olan şəxslər bəlkə də görə biləcəyiniz ən vəhşi dəfn ayinini icra edirlər. Belə ki, zoroastrianlar ölən yaxınlarını "daxma" adlandırdıqları yerə qoyurlar. Və bölgədə yaşayan leşyeyənlər gəlib cəsədi parçalayır.
Onlar ölü bədənlərin torpağı çirkləndirdiyini düşünür və bu səbəbdən də meyidi basdırmaq yerinə leşyeyən quşlara verməyi daha məqsədəuyğun hesab edirlər. ABŞ-da da yavaş-yavaş yayılmağa başlayan bu ayin daha çox ətraf mühiti qorumaq kimi səciyyələndirilir.
Ətrafı çirkləndirməmək məqsədilə ölünün büründüyü kəfən və qoyulduğu tabut kimi bütün zəruri ehtiyaclar təbiətdə yoxolma xüsusiyyətinə malik maddələrdən hazırlanır.
Okean dibinə əbədi səyahət
Bir digər qeyri-adi dəfn mərasimini isə ABŞ-ın "Eternal Reef" şirkəti müştərilərinə təqdim edir. Şirkət ölən şəxsin bədənini kürə içərisinə qoyaraq okeanın dərinliklərinə göndərir. Bu metod da getdikcə populyarlaşır.

Muncuğa çevrilmə
Cənubi Koreya isə ölən insanların ziynət əşyasına çevrilməsini təklif edir. Ölümdən öncə qeydiyyat tələb edilən bu metodda müraciət edən şəxsdən öldükdən sonra yandırılmaq, yoxsa yandırıldıqdan sonra ziynət əşyasına çevrilmək istədikləri soruşulur. Yanan cəsəddən kiçik muncuqlar hazırlanır və şəffaf bir qutuda ölən şəxsin yaxınlarına aksesuar kimi evlərində saxlamaları üçün verilir.
Asılan meyitlər
Bu ritual da uzun illərdir icra edilir. Filippinin Saqada adlı bölgəsində insanlar tabutları basdırmaq yerinə uçurumun divarlarına bərkidirlər. İqorot qəbiləsinin inancına görə insan ruhu tənha və səssiz yerdə dincəlməlidir. Beləliklə ölən şəxsin ruhu onlarda önəmli tanrı olan Kabunianı daha tez tapacaq. Bu məzarlara görə bölgəyə çox sayta turist axın edir.
Camal