ABŞ-da ölənlərin sayı kəskin artdı

ABŞ-da ölənlərin sayı kəskin artdı

ABŞ COVID-19 pandemiyasının mərkəzi və ən çox itki yaşadığı ölkə olaraq qalır.

Unikal.org COVID-19 məlumatlarının tərtib olunduğu "Worldometer" saytına istinadən xəbər verir ki, Amerikada koronavirusdan ölənlərin sayı son 24 saatda 580 nəfər artaraq 143 891-ə çatıb. Bundan əlavə son sutkada daha 64 mindən çox insan virusa yoluxaraq, ümumi yoluxanların sayı 3 963 495-ə yüksəlib.