Bağçalar bu tarixdə açılır - Rəsmi

Bağçalar bu tarixdə açılır - Rəsmi

Təhsil müəssisələri bərpa edilməlidir. Lakin verilən qərarlarda diferensial yanaşma olmalıdır.

Axar.az xəbər verir ki, bunu Təhsil naziri Emin Əmirullayev Təhsil Nazirliyinin bu gün keçirdiyi brifinqdə deyib. Onun sözlərinə görə, bu qərarların qəbulu zamanı təhsil alan və təhsil verənlərin yaş xüsusiyyətləri nəzərə alınmalıdır:

"Ölkəmizdə təhsil ili 15 sentyabrda başlayır və bütün tədris müəssisələrində xüsusi şərtlərlə dərslər bərpa edilir.

Uşaq bağçaları isə ən mürəkkəb təhsil pilləsidir. Uşaq bağçalarında və məktəbəqədər təhsildə distant təhsilin təşkili mümkün deyil. Azyaşlı uşaqları və onların valideynlərinin işləməsini nəzərə alaraq, epidemioloji vəziyyət imkan verdiyi halda, uşaq bağçalarının fəaliyyətinə icazə veriləcək. Virusun yayılması tezliyi aşağı olan regionlarda bağçaların fəaliyyəti bərpa ediləcək".