“Yeni tədris ilində təhsil müəssislərinin fəaliyyəti bərpa edilməlidir, ancaq vəziyyət də nəzərə alınmalıdır. Onu da nəzərə almalıyıq ki, bir yanaşma bütün ölkə üzrə uyğun olmaya bilər”.
Cebhe. info xəbər verir ki, Bunu Təhsil naziri Emin Əmrullayev Təhsil Nazirliyinin təşkilatçılığı ilə yeni tədris ilinin başlanmasına həsr olunmuş brifinqdə deyib.
Nazir bildirib ki, yaş xüsusiyyətləri də nəzərə alınmalıdır: “Uşaq bağçaları ən mürəkkəb təhsil pillədir. Orda tədris və qayğı var. Uşağa distant qaydada qayğı göstərmək olmur. Bu mənada uşaq bağçaları sentyabrın 15-dən başlayaraq mərhələlərlə fəaliyyətini davam etdirəcək. İlk növbədə epidemioloji vəziyətuin ayxşı olduğu ərazilərdə bu nəzərdə tutulub. Oktyabrın 1-dək pisləşmə müşahidə olunmasa, uşaq bağçalarının açılması təklif olunur ”.
Xəzər
Cebhe.info