Məktəbəhazırlıq qruplarında dərslər həftədə 2 dəfə keçiriləcək

Məktəbəhazırlıq qruplarında dərslər həftədə 2 dəfə keçiriləcək

Məktəbəhazırlıq qruplarında bu il 120 minə qədər uşağın təhsil alacağı gözlənilir. Bu il oktyabrın 1-dən məktəbəhazırlıq qruplarında dərslər başlayacaq və həftədə 2 dəfə olmaqla dərslər keçiriləcək.

Azvision.az xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev yeni tədris ilinin başlanmasına həsr olunmuş brifinqdə deyib.

Onun sözlərinə görə, qruplar 2 hissəyə bölünəcək.

“Həftədə 2 dəfə bir qrup, digər 2 gündə isə digər qruplar gələcək. Bu proses noyabrln 2-ə qədər davam edəcək”.