“15 sentyabr tarixində orta məktəblərdə ibtidai siniflər həftədə iki və ya üç dəfə olmaqla, tədrisə başlaya bilər” .
Yenicag.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxış edən Təhsil naziri Emin Əmrullayev deyib.
Emin Əmrullayev bildirib ki, artıq 63 ölkədə məktəblər bu və ya digər formada açılıb. 55 ölkədə məktəblərin açılması tarixi elan edilib, 39 ölkədə hələ qərar yoxdur. Ölkəmizdə isə məktəblərin açılması ilə bağlı qərar verilərkən ən doğru addıma üstünlük verilib:
“Verilən qərarların mahiyyətində differensial yanaşma durub. Yerli şəraitə və situasiyaya uyğun qərarlar verilməlidir. Əsas prinsip isə öyrənənlərin yaş xüsusiyyətlərinin nəzərə alınmasıdır. Uşaq bağçalarının fəaliyyətinə icazə verilməsi isə epidemioloji vəziyyətə bağlı olacaq”.
Gülşən Şərif