Silahlı Qüvvələrə Yardım Fonduna dəstək olan həkimlər

Silahlı Qüvvələrə Yardım Fonduna dəstək olan həkimlər

Ordumuz düşmən qüvvələrini rəşadətlə işğal altında olan torpaqlarımıdan qovur. Azərbaycan xalqı da birmənalı şəkildə ordumuza əlindən gələn bütün dəstəyi verir. Bu istiqamətdə Tibb Universtetinin həkimlərini qeyd etmək olar.

Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının həkimləri cəbhə bölgəsinə könüllü gedərək yaralılara xidmət edir.

Cebhe.info həmin həkimlərin adlarını təqdim edir:

Klinikanın ürək-damar cərrahiyyəsi şöbəsinin perfizioloqu Zeynal Əhmədov Gəncədə;
Klinikanın travmatoloq ortopedi Fuad Əyyubov Gəncədə;
Universitetin cərrahi xəstəliklər kafedrasının baş laborantı Rəşad Abbasəliyev Gəncədə;
Klinikanın plastik cərrahı Adil Cümşüdov Gəncədə;
Klinikanın ümumi cərrahı Elman Tağıyev Füzulidə;
Klinikanın ürək-damar cərrahı Elçin İsmayılov Gəncədə;
Klinikanın neyrocərrahı Fərid Qaralov Beyləqanda;
Klinikanın plastik cərrahiyyə şöbəsinin müdiri, assistent Mirsaleh Abdullayev Füzulidə;
Urologiya kafedrasının assistenti, klinikanın Urologiya şöbəsinin müdiri Fikrət Əhmədov Gəncədə;
Universitetin assistenti, üz-çənə cərrahı Məhəmməd Davudov Gəncədə;
Universitetin I cərrahi xəstəliklər kafedrasının müdiri, professor Fariz Camalov Füzulidə;
Universitetin professoru, ümumi cərrah Mübariz Əliyev Ağdamda;
Klinikanın ürək-damar cərrahiyyə şöbəsinin müdiri, kardioloq Mirəli Məcidov Gəncədə;
Universitetin travmotologiya və ortopedia kafedrasının müdiri Cəfər Nəsirli Gəncədə;
Universitetin II cərrahi xəstəliklər kafedrasının müdiri, professor Elçin Ağayev Gəncə və Naftalandadır.

Hər bir həkimə minnətdarıq!

Cebhe.info