Düşmənin “Aprel qəhrəmanı” məhv edildi

Düşmənin “Aprel qəhrəmanı” məhv edildi

Aprel müharibəsinin iştirakçısı olmuş daha bir erməni döyüşçü məhv edilib. Belə ki, bu gün Azərbaycan ordusunun keçirdiyi uğurlu əməliyyatlar nəticəsində 25 yaşlı Benik Hambardzumyan adlı erməni hərbçisi öldürülüb.

Bu barədə erməni KİV-ləri məlumat yayıb.

Qeyd edilir ki, sentyabrın 27-dən Dağlıq Qarabağda döyüşlərə qatılan Hambardzumyan guya Aprel müharibəsinin "qəhrəmanlarından" olub.

O, hərbçilərimizin torpaqları işğaldan azad etməyə başladığını eşidərək erməni ordusuna yazılıb. Nəticədə bu dəfə peşəkar ordumuzun hədəfindən qaça bilməyib.