Gürcüstanda koronavirusdan ölənlərin sayı 128 nəfərə çatıb

Gürcüstanda koronavirusdan ölənlərin sayı 128 nəfərə çatıb

Bakı. Trend:

Gürcüstan yeni növ koronavirusa (COVİD-19) son sutka ərzində daha 858 nəfər yoluxub.

Trend-in Gürcüstan KİV-lərinə istinadən verdiyi məlumata görə, ölkədə koronavirusa yoluxanların sayı 16 285 nəfərə çatıb.

Bildirilir ki, ötən sutka koronavirusdan daha 4 nəfər ölüb, ölənlərin ümumi sayı 128 nəfər təşkil edir.